Şabranda həyətində narkotik bitki yetişdirən şəxs tutulub
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şabranda həyətində çətənə kolu yetişdirən şəxs tutulub.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 49 yaşlı Yaşar Hüseynov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 12 kiloqram olan 16 ədəd çətənə (kannabis) kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Y.Hüseynovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:Şabranda narkotik bitki yetişdirən şəxs saxlanılıb
07 Sentyabr 2026 10:50
Qəbələdə narkotik bitki yetişdirən şəxs tutulub
25 Avqust 2025 09:37
Həyətində narkotik yetişdirən şəxs tutuldu
07 Sentyabr 2026 11:08
İsmayıllıda həyətində çətənə kolu yetişdirən şəxs tutulub
16 İyun 2025 12:55
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
31 Avqust 2026 11:45
Baxış sayı:171
Bu xəbər 13 Avqust 2025 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















