Şabranda minik və yük avtomobili toqquşdu YENİLƏNİB
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şabranda baş verən qəzada ölən sürücünün kimliyi məlum olub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisədə ölən sürücünün Bakı şəhər, Xəzər rayon sakini 2002-ci il təvəllüdlü Zeynalzadə Akif Səlahət oğlu olduğu dəqiqləşib.
Həlak olan qadın sərnişinin isə, şəxsiyyətini hələ ki, müəyyənləşdirmək mümkün olmayıb.
Zərbənin təsirindən cəsədlər tanınmaz vəziyyətə düşüb, onlar deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
***12:00
Şabranda avtomobillər toqquşub, ölənlər var
Avtosfer.az xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Renault" markalı minik avtomobili və TIR-ın toqquşması nəticəsində qadın və kişi cinsli 2 nəfər şəxs hadisə yerində ölüb. Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 18 May 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















