“Sabunçu Emin” və Elmar haqda da qərar veriləcək KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayevin bıçaq xəsarətlərindən qətlə yetirilməsi ilə bağlı daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
KONKRET.az bildiririr ki, “Report”un xəbərinə görə, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində təqdimat Binəqədi rayon Məhkəməsinə göndərilib. Hazırda hər iki şəxs məhkəməyə gətirilib.
Yaxın saatlarda onlarla bağlı təqdimata baxılacaq.
Qeyd edək ki, bu hadisə ilə bağlı 11 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.
Onu da qeyd edək ki, həbs edilənlərdən Əhməd Əlizadə Milli Məclisinin deputatı Arzuxan Əlizadənin oğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 26 Oktyabr 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















