Icma.az
close
up
RU
Sabunçu Tibb Mərkəzində uzun növbələr yaşanır ŞİKAYƏT

Sabunçu Tibb Mərkəzində uzun növbələr yaşanır ŞİKAYƏT

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabunçu Tibb Mərkəzində hərbi-həkim komissiyasında ilkin hərbi qeydiyyat üçün müraciət edən vətəndaşlar tibbi müayinədən keçmək üçün saatlarla, bəzən isə günlərlə növbə gözləyirlər.

Oxu.Az məlumat verir ki, "Xəzər Xəbər"ə müraciət edən vətəndaş Mətanət Hüseynova bildirib ki, 15 yaşlı övladı hərbi-həkim komissiyasında tibbi müayinədən keçmək üçün Mərkəzə müraciət edib. Ancaq xəstəxananın radioloji kabineti qarşısında 300 nəfərlik növbə olduğundan geri qayıtmalı olublar.

Məsələ ilə bağlı Sabunçu Tibb Mərkəzinin direktor müavini Sevinc Həsənzadə deyib ki, gün ərzində mərkəzdə 1 600-2 000 vətəndaşa xidmət nəzərdə tutulsa da, bu say 2-3 dəfə çox olur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göndərilən şəxslərin sayı isə gün ərzində 100-ü ötür.

S.Həsənzadə qeyd edib ki, rentgenoloji müayinələr xüsusi normativ əsasında fəaliyyət göstərir. Bu isə gün ərzində 30-35 vətəndaşa xidmət deməkdir. Amma gün ərzində 100 nəfər çağırışçı daxil olmaqla, digər vətəndaşların da müayinəsi həyata keçirilirsə, bu zaman sıxlığın yaranması qaçılmaz olur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov isə bildirib ki, hazırda həm ilkin qeydiyyat üçün müraciət edənlər, həm müddətli həqiqi hərbi xidmətə yola salınacaq çağrışçıların, həm də təlimlərə göndəriləcək hərbi vəzifəlilərin müayinəsi hərbi-həkim kommisiyasında həyata keçirilir.

Tibbi müayinə prosesi Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xüsusi həkim komissiyalarının mövcud olduğu tibb müəssisələrində aparılır. Gündəlik say limitləri tibb müəssisələri tərəfindən təyin olunur.

Yoxlamaların digər tibbi mərkəzlərdə aparılmasına gəlincə, bu bölgü TƏBİB-in və Səhiyyə Nazirliyinin səlahiyyətlərinə daxildir.

TƏBİB-dən isə bildirilib ki, yaranmış vəziyyət və iddialarla bağlı araşdırma aparılacaq. Qurumdan o da qeyd olunub ki, yaxın günlərdə Sabunçu Tibb Mərkəzinə yeni radioloji cihazlar veriləcək.

Ətraflı süjetdə:

Sabunçu Tibb Mərkəzində uzun növbələr yaşanır - ŞİKAYƏT

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Mart 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri