Sabunçu tunelində yol ÇÖKDÜ , təhlükəli vəziyyət yarandı VİDEO YENİLƏNİB
Icma.az, Avtosfer saytına istinadən bildirir.
"Sabunçu rayonu ərazisindəki tuneldə yolun bir hissəsinin çökməsinə səbəb sonuncu güclü yağıntılar zamanı tunelin çıxışındakı kanalizasiya quyusunun daşması olub".
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildirilib.
Məlumatda qeyd olunub ki, aidiyyəti qurumlarla birgə tunel ərazisində əsaslı təmir işləri aparıldıqdan sonra yolun bərpasına başlanılacaq.
***
Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü çöküb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a müraciət daxil olub.
Şikayətdə qeyd olunur ki, asfalt örtüyünün bir hissəsi çökdüyü üçün iri çuxur yaranıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinlik müşahidə edilir.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 16 Aprel 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















