Icma.az
close
up
RU
Sabunçuda YAPın 32ci ildönümü münasibətilə ağacəkmə aksiyası Fotolar

Sabunçuda YAPın 32ci ildönümü münasibətilə ağacəkmə aksiyası Fotolar

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 32-ci ildönümü münasibətilə Sabunçu rayonu, Balaxanı qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu Rayon Təşkilatının sədri Araz Xudadanov, “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Sabunçu Rayon Təşkilatı və Balaxanı Əməliyyat Şirkətinin əməkdaşları və YAP fəalları iştirak ediblər.

Aksiyanın əsas məqsədi ekoloji maarifləndirmə, yaşıllıqların bərpasını təşviq etmək, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizəyə dəstək olmaqdır. Aksiya çərçivəsində ümumilikdə 400-ə yaxın eldar şamı və zeytun ağacı əkildi, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.  





seeBaxış sayı:98
embedMənbə:https://qafqazinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri