Sabunçuda yol polisi ətraf mühiti çirkləndirən avtomobil idarəçilərini cərimələdi VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində profilaktiki tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlar da iştirak edib.
Yol polisləri onlarla nəqliyyat vasitəsindən ixrac olunan zəhərli qazların miqdarını yoxlayarkən bəzi sürücülərin qaydaları kobud şəkildə pozduğu ortaya çıxıb. Onların barəsində inzibati qaydada cərimə tətbiq edilib. Zəhərli qazların miqdarı normadan bir az artıq olan sürücülərə məqliyyat vasitəsinin sazlığını daim diqqətdə saxlamaqla əlaqədar xəbərdarlıq olundu.

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli nəqliyyat vasitələrini saz vəziyyətdə saxlayan sürücülərlə maarifləndirici söhbət aparıb və onlara təşəkkür edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 May 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















