Icma.az
close
up
RU
Saç ağarmasını dayandırmaq mümkündür? Mütəxəssislər yolları açıqladı

Saç ağarmasını dayandırmaq mümkündür? Mütəxəssislər yolları açıqladı

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağarmış saçlar, üzdəki qırışlar kimi, qocalığın çoxsaylı əlamətlərindən biri hesab olunur. Bir çox insan saç ağarması prosesini geri qaytarmağın mümkün olub-olmadığı ilə maraqlanır. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 2021-ci ildə edilmiş kiçik bir araşdırma bunun mümkün ola biləcəyini göstərir - müəyyən şərtlər altında və uzun müddət deyil.
 Müxtəlif yaşlarda olan insanlarda saçların ağarması prosesi və qısa müddətli ləngiməsi arasında stressin rolunu araşdırılıb.
Elm adamları, hər iki ucunda daha tünd piqmentli, lakin ortasında boz saçlı saç telləri olan insanları tədqiq edib və stresin azaldığı dövrlərdə ağarmanın müvəqqəti olaraq tərsinə getdiyi ilə əlaqəli olduğunu tapıblar.
Ağ saçlara nə təsir edir?
Ancaq bir və ya bir neçə stresli gün saç rənginizə təsir etməyəcək. Floridadakı Mayami Universitetində dermatologiya və dəri cərrahiyyəsi professoru Dr.Antonella Tostinin fikrincə, ətraf mühit faktorları fərdi stresli hadisələrdən daha təsirli ola bilər.
"Siqaret çəkmək və ya çirklənmə kimi hallar übhəsiz ki, bozlaşma riskini artırır", - deyə Tosti qeyd edib.
Təəssüf ki, boz saçlara genetik meyl də təsir göstərir.
Dermatoloq Joshua Zeichner, "Ailədə erkən saç ağarması varsa, sizin də saçlarınızın erkən ağarması ehtimalı var" deyib.
Problemin həlli yolları
Ağ saçlar üçün hələ tam effektiv müalicə yoxdur, lakin elm adamları həll yollarını axtarırlar.
Problemin mümkün həlli, ağ saçlarda melanositlərə - melanini əmələ gətirən və rəngdən məsul olan saç hüceyrələrinə baş verənlərdir. Əvvəllər elm adamları melanositlərin yaşla birlikdə öldüyünə inanırdılar. Lakin 2023-cü ildə Nature jurnalında dərc edilən siçovullar üzərinedə aparılmış araşdırma göstərdi ki, melanositlər sadəcə olaraq saç follikulunun kökündə cəmləşə bilər və piqment təmin etmək üçün saçdan yuxarı köçmür.
Tostinin sözlərinə görə, tibbi müalicə ilə bu melanositlərin yenidən aktivləşərək saçları yenidən tündləşdirmək ehtimalı var. Lakin hazırda buna nail ola biləcək heç bir proses yoxdur.
Zeichner isə bildirir ki, hələlik, saçlarınızı salonda rəngləndirmək boz saçları azaltmaq üçün ən yaxşı seçimdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Noyabr 2024 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see129

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see120

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri