Icma.az
close
up
RU
Saç tökülməsi hansı xəstəliklərdən xəbər verir? Həkim ŞƏRHİ

Saç tökülməsi hansı xəstəliklərdən xəbər verir? Həkim ŞƏRHİ

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 

Saç tökülməsinin baş vermə səbəbləri və bunu aradan qaldırmağın yolları hər kəs üçün çox maraqlıdır.

Dermatoloq Gülrosxar Xudiyeva  mövzu ilə bağlı geniş məqalə hazırlayıb və saç tökülməsi ilə bağlı bütün məsələlərə aydınlıq gətirib.

Sağlamolun.az həmin məqaləni təqdim edir:

Saçlar gözəllik nişanəsi, sağlamlıq göstəricisidir. Başda olan hər bir saçın ömrü orta hesabla 3-4 ildir. Buna görə də saçların daim tökülməsi normal və təbii qəbul edilir. Lakin yaz fəslində orqanizmdə mövsüm dəyişikliyi ilə əlaqədar olaraq bir sıra problemlər yaranır. Bunlardan biri də saçın sürətli tökülməsidir. Mütəxəssislər həmin halı mövsümlə əlaqələndirirlər. Qışdan çıxan saçların növbəti fəsildə tökülməsi normal haldır, çünki həmin fəsildə saçlar vitamin çatışmazlığı yaşayır, günəş işığı görmür, orqanizm avitaminozdan əziyyət çəkir, meyvə-tərəvəzlə qidalanmır. İldə iki dəfə saçların fizioloji tökülməsi normal hal sayılır, çünki saçın üç sikli var: böyümə, dincəlmə və tökülmə fazası. Tökülmə fazası ildə iki-üç dəfə iki ay ərzində təkrarlana bilər. Bəzən bu tökülmə yaz və payız aylarında daha çox özünü büruzə verir. Hətta bəzən bunu patologiya hesab edirlər, lakin bu, fizioloji bir haldır.

Bir çox hallarda saçların tökülməsinin səbəbi düzgün olmayan qulluqdur. Tələbat olmadan saçların tez-tez yuyulması, rənglənməsi, kimyəvi burulması, fenlə uzun müddət ərzində qurudulması və s. halları buna misal göstərmək olar. Saçlar getdikcə daha sürətlə tökülürsə, mütləq həkim-trixoloqa müraciət olunmalıdır, çünki saçların tökülməsinin səbəbi hər hansı bir daxili orqanın xəstəliyi də ola bilər. Bunun qarşısını almaq üçün, ilk növbədə, yaz və payız aylarında saçlara daha çox diqqət artırmaq lazımdır. Daxili orqanlarda çatışmazlıq varsa, mütləq bunu həll etmək lazımdır. Buna ehtiyac olmadıqda medikamentoz müalicə edilməlidir. Xanımlar ev şəraitində yaz və payız saç tökülmələrinin qarşısını almaq üçün müəyyən maskalardan istifadə edə bilərlər.

Saçları yuduqdan sonra qaynadılmış soğan suyu ilə yaxalamaq tökülmənin qarşısını ala bilər. Mövsümündən asılı olaraq saçlarla problem yaşananda düzgün müalicə və qulluqla bunu aradan qaldırmaq mümkündür.

Dr. Gülrosxar Xudiyeva

Dermatoloq

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 05 Noyabr 2024 07:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri