Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Saç tökülməsi ilə bağlı bilinən yanlışlıqlar BU SƏBƏBƏ TÖKÜLÜR

Saç tökülməsi ilə bağlı bilinən yanlışlıqlar BU SƏBƏBƏ TÖKÜLÜR

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Saç tökülməsi problemi ilə üzləşən xanımların sayı getdikcə artır. Kimi bu problemdən çıxış yolu olaraq müxtəlif şampunlar alır, kimi vitamin kompleksləri ilə həll etməyə çalışır, kimi maskaları yoxlayır və s. Uğurlu alınanı da olur, cəhdləri nəticəsiz qalanı da.

Bəzən deyirlər ki, saç daranması indi azdır, ona görə saç tökülməsi çoxdur. Niyə bu problem artıb? Həlli üçün nələr etməliyik?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Dermatoloq Vaqif Abdullayev ilk olaraq bildirdi ki, saçı darayanda, dartanda, 7-8 tel düşürsə, bu, normaldır. Əgər 15-20 tel düşürsə, bu, problemdir. Gün ərzində 60-a qədər saç tökülməsi normal sayılırsa, 100-200 tökülmə artıq ciddi problem göstəricisidir. Ciddi problemlə üzləşənlərin sayının bu gün çox olmasına gəlincə, V.Abdullayev dedi ki, saç tökülməsinə təsir edən faktorlar artıb:

“Əslində, əvvəllər də insanlarda saç tökülməsi halları olub. Təbii ki, indiki qədər deyildi. Ona görə müasir zamanda saç tökülmə problemi ilə müraciət edənlər də çoxdur”.

“Daramamaq səbəb deyil”

V.Abdullayev faktorların fərqli və çox olduğunu dedi:

“Autoimmun xəstəliklər, hormonal balansın pozulması, infeksion xəstəliklər, stress, bəzi mikroelementlərin çatışmazlığı və s. ola bilər. Məsələn, sink, dəmir çatışmazlığı da saç tökülməsinə yol açır. Urbanizasiyanın təsirindən yetəri qədər mikroelement, vitamin qəbul edə bilməyən insanlar var. Bu da təsirini göstərir. COVİD-19-dan sonra saç tökülmələri çox artıb. Saç diblərinə zərər vuran formada hörük, saç yığımları olarsa, onun da təsiri ola bilər. Saç tökülməsi problemi yaşayanların çoxu heç də onları edənlər deyil. Çünki o cür yığımlar, indi dəbdə deyil”.

Qadınların saç daraması hallarının azalmasının təsirinə gəlincə, V.Abdullayev bununla bağlı hər hansı elmi araşdırma olmadığını dedi:

“Saçı daramamaq saçın tökülməsinə təsir edən ciddi faktor deyil. Düzdür, daranma özü də bir masaj kimi dərinin mikrosirkulyasiyasına müsbət təsir göstərir. Masaj zamanı damarlar daha çox genişlənir, saç kökünə daha çox qan gəlir. Saç kökləri daha yaxşı qidalanır. Müsbət effekt verir. Ancaq demək olmaz ki, saçların tökülməsində az daranması, yaxud daranmaması səbəbdir”.

Müalicəvi şampunlar həll yoludur?

Dermatoloqun sözlərinə görə, səbəbini bilmədən tətbiq etdiyimiz həll yolu nəticə verməyəcək:

“Adam var ki, hansısa vitamini qəbul edir, saç tökülməsi dayanır. Sonra hamıya məsləhət görür ki, mən bunu etdim, düzəldi. Rəfiqəsi də edir, amma onda nəticə uğurlu olmur. Çünki problem eyni olsa da, səbəb fərqlidir. Deməli, rəfiqəsində səbəb başqadır. Onu tapmaq lazımdır. Boşuna vitamin qəbul etməyin faydası olmayacaq. Bəzən adam çox stress keçirir, hər bir məsələyə baxır, amma səbəbin stressi ilə bağlı olduğunu düşünmür. Bu diaqnozu da özü qoymamalıdır. Ola bilər adam stressə bağlayar, amma hansısa daxili problemlə bağlı olar. Diaqnozu mütəxəssis qoymalı və ona uyğun tədbirlər görülməlidir”.

Şampunların effektinə inananlar da var. V.Abdullayev deyir ki, müalicəvi şampunlar var. Onlar da bütün növ saç tökülmələrində effektli olmur:

“Müalicəvi və kosmetik şampunlar var. Kosmetik şampunlar güclü effektə malik deyil. Yuyucu vasitə kimi rahat istifadə edilə bilər. Müalicəvi şampunlara gəlincə, tibdə onların effektinə inanan da var, inanmayan da. Bu da problemə görə dəyişir. Daxili orqanlara bağlı problemdirsə, bu zaman rolu olmayacaq. Ancaq saç dərisi kimi məsələyə bağlıdırsa, o zaman effekt göstərə bilir. Müalicəvi şampunlar da yalnız həkimlər tərəfindən təyin olunmalıdır”.

“Qidalanma düzgün olmalıdır”

V.Abdullayev bildirdi ki, saç dərisinə qulluğu unutmamalıyıq:

“İllər öncə ilə müqayisə etsək, bu gün xanımlarımızın saça qulluq faizi çox artıb. 30-40 il əvvəl insanlar saçlarına daha az fikir verirdilər, nəinki indi. Necə ki üz dərisinə, dırnaqlara qulluq edilir, saçlara da qulluq etmək lazımdır. Düzgün şampunlardan, yuyucu vasitələrdən istifadə etmək lazımdır. Yağlı saçlardırsa, yağlı saçlar üçün olan şampunlardan istifadə edilsin. Quru saçları yağlı saçlar üçün olan şampunlarla yuduqda, saçların daha çox quruması müşahidə olunacaq. Daha çox ziyan görəcək”.

Mütəxəssis bildirdi ki, sağlam saçlarımız olması üçün qidalanmaya xüsusi diqqət etməliyik: “Qidalanma düzgün, rasionumuz vitaminlərlə, mikroelementlərlə zəngin olmalıdır. Tək “fast-food”larla qidalanan adamın dərisi də, saçı da düzgün qidalanan insanın saçından, dərisindən fərqlidir. Spirtli içki, siqaret saçlara mənfi təsir göstərir. Saçların sağlam olmasını istəyirsinizsə, mütləq qidalanmaya fikir verin. Gün ərzində 2 litr su içməyi unutmayın”.

“İki aydan çox davam edirsə...”

Saç boyalarının təsirinə gəlincə, dermatoloq qeyd etdi ki, bu məsələdə ümumiyyətlə, diqqətli olmalıyıq:

“Perekis tərkibli saraldan boyalar saçları çox zədələyir. Saçların diametrində incəlmələr müşahidə olunur. Saçın uzanmasına təsir göstərə bilir. Tünd rəngli saç boyalar isə tərkibində kanserogen maddələr çox olduğu üçün əksər hallarda bir çox ölkələrdə qadağan olunmaq üzrədir. Xərçəng yaratma riskləri yüksəkdir”.

Həkim sonda qeyd etdi ki, əgər saç tökülməsi normadan çoxdursa, 2 aydan çox davam edirsə, mütləq həkimlə məsləhətləşmək lazımdır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see473

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see374

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see372

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see331

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see314

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see285

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see285

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see196

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see160

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see160

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see150

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see149

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see136

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see134

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see131

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see129

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see126

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri