“Saçımdan kokain çıxdı, amma istifadəçi deyiləm”
Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan aktrisa Afra Saraçoğlunun saç nümunəsində kokain aşkar edilmişdi.
OLAY yazır ki, məşhur aktrisa məsələ ilə bağlı açıqlama verib. Saraçoğlu sosial media hesabında yayımladığı açıqlamada narkotik istifadə etmədiyini bildirib:
“İstintaqdan xəbər tutan kimi xaricə səfərimi yarımçıq dayandıraraq öz istəyimlə ölkəmə qayıtdım və prosesin əvvəlindən etibarən hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdim. Mən xaricdə olduğum müddətdə evimdə aparılan axtarış zamanı heç bir cinayət predmetinə və ya qanunsuz maddəyə rast gəlinməyib.
Bununla yanaşı, heç gözləmədiyim halda saç telimin analizində hər hansı maddənin izinə rast gəlindiyi bizə bildirildi. Mütəxəssislərdən öyrəndiyimə görə, saç teli xarici təsirlərə son dərəcə açıq quruluşa malikdir. Peşəm səbəbilə iştirak etdiyim izdihamlı tədbirlərdə fərqində olmadan passiv məruz qalma və ya təmas yolu ilə də bu cür texniki izlər qala bilərmiş.
Qan və sidik analizlərimin təmiz çıxması da narkotik istifadəçisi olmadığımı təsdiqləyir.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 03 Oktyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















