Icma.az
close
up
RU
Saçların erkən ağarması. SƏBƏBLƏR VƏ HƏKİM TÖVSİYƏLƏRİ

Saçların erkən ağarması. SƏBƏBLƏR VƏ HƏKİM TÖVSİYƏLƏRİ

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Saglamolun.az saytı trixoloq Aytəkin Quliyevanın məqaləsini təqdim edir.

Saçların ağarması ümumilikdə bir irsi haldır, yəni daha çox genetik amillərdən asılıdır. Valideynlərdə erkən yaşlarda saçlar ağarırsa, demək, bu sizdə də özünü göstərə bilər.

Saçların ağarması tək-tək formada 30 yaşdan sonra, sürətli ağarma 50 yaşdan sonra müşahidə olunur.

Qeyri-düzgün qidalanma, tək pəhrizlər (hər hansı 1 məhsulla qidalanma), vitamin və mikroelementlərin çatışmamazlılığı da saçların erkən ağarmasına gətirib çıxarır. Bu səbəbdən saçların ağarmasının qarşısını almaq üçün sağlam qidalanmaq lazımdır.

Saçların ağarmasını ləngidən qidalar arasında: kərə yagı, pendir, ət, toyuq, dəniz məhsulları, süd və süd məhsulları, şokalad, qoz, qara çörək otu və s.

Qızardılmış və yağlı qidalar, ədviyyatlı və turşulu yeməklər, spirtli içkilər, qəhvə, siqaret əksinə saçların ağarmasını tezləşdirir.

Saçların erkən ağarması bəzi xəstəliklər və pozulmalarla əlaqəli ola bilər:

- Gizli şəkər

- Stress, əsəb, üzüntü

- Miqren

- Yetərsiz bəslənmə

- Qanazlığı

- Vitamin, mineral eksikliyi

- Piqmentasiyanın pozulması (vitiliqo)

- Qalxanabənzər vəzin funksiyasının pozulması

Saçların erkən ağarması bir sıra xarici faktorlarla da əlaqəli ola bilər:

- Tək pəhrizlər

- Qaynar suda yumaq

- Hər gün fendən istifadə

- Erkən vaxtda saç boyasında istifadə

- Siqaret çəkmək

- Hovuzun xlorlu suyu

- Aşırı qəhvə, çay, spirtli içkilərin qəbulu

- Çox yaglı, qızardılmış, ədviyyatlı yeməklər

- Qeyri-normal yuxu rejimi

- Az maye qəbulu

Saçların erkən ağarmasının qarşısını almaq üçün tövsiyələr:

- Saçlar vaxtından əvvəl ağarmağa başlayarsa, həkim trixoloqa (saç üzrə mütəxəssis)  müraciət etmək məsləhətdir. Səbəbi aydınlaşdırılıb, dəqiq diaqnoz qoyulduqdan sonra vaxtında müalicə olunsa saçlar öz rəngini bərpa edir. Həkim trixoloq saçı bəsləyən və onlara rəng verən maddələr - melanositlərin miqdarını normaya salan, saçların  ağarmasını ləngidən özəl inyeksiyalarla kompleks müalicə aparır.

- Ev şəraitində xına ilə qarışdırılmış yoqurtu 2 saat baş dərisində saxlamaqda fayda var.

- Xına tozunu hint yağı və limon suyu ilə qarışdırıb baş dərisində 1 saat saxlamaq erkən saç ağarmasının qarşısını alır.

- Südlə baş dərsini müntəzəm olaraq massaj edin.

- Qara istiota qatılmış 100 qram kəsmik qarışığını baş dərisinə yeritməklə müsbət nəticələr əldə etmək olur.

- Əgər ailədə genetik olaraq saçların erkən ağarması varsa, saç boyamasını 30 yaşlarına qədər saxlamaq lazımdır.

- İdman, sağlam həyat tərzi orqanizmdə qocalma proseslərini ləngidir.

- Streslərdən mümkün qədər uzaq durmağa çalışın.

Aytəkin Quliyeva

Həkim Trixoloq

.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 19 Noyabr 2024 07:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri