Icma.az
close
up
RU
Saçların laminasiyası nə deməkdir?

Saçların laminasiyası nə deməkdir?

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Müasir gözəllik salonlarının bizə təqdim etdiyi xidmətlər arasında, saçların laminasiyası kim bir xidmət də  vardır.

Laminasiya - saçlara xüsusi tərkibin vurulmasıdır. Nəticədə saçın üzərində,  onu zədələnmələrdən qoruyan nazik plyonka yaranır. B proseduru kağızın laminasiyasına bənzətmək olar, belə ki, kağızın daha davamlı olması, gec cırılması üçün edilən bu prosedur saçlara da eyni qoruyucu effekti verir.

Tərkibində buğda, soya proteini və bioloji aktiv maddələr olan xüsusi məhlul saçlara sürtülür. Bu xüsusi tərkib saçlarda 20 - 30 dəqiqə saxlanılır. Bu müddət ərzində hər bir saç xüsusi plyonka ilə örtülür. Tərkib yuyulduqdan sonra, saçlar sağlam,canlı və parıltılı görkəm alır. Plyonka zədələnmiş saçları örtərərək, qırılmış pulcuqları yapışdırararq, saçların korlanmış strukturunu hamarlaşdırır. Laminasiya üçün istifadə olunana bu tərkib uzun müddət saçların tərkibində qalan xeyirli maddələrlə zəngindir. Yaranan plyonka xeyirli maddələr, vitamin, protein və nəmi qoruyub saxlayır.

Laminasiya proseduru özlüyündü çox effektivdir, lakin o saçların boyanması və  mülaicəsi ilə uyğunlaşdırıla bilər. Belə ki, saçlar boyandıqadan sonra, laminasiya edildikdə rəng uzun müddətli saçlarda qorunub saxlanılır.Buna səbəb odur ki, ilk əvvəl saçlardan laminasiyanın tərkibi , sonradan artıq boya yuyulmağa başlayır.

Bundan əlavə mütəxəssislərin fikrinə görə laminasiya saçlara zahiri həcm verir. Hesablamalara əsasən həcm 10-15% artır. Məhz bu səbəbdən seyrək saçları olan xanımlara bu prosedur xüsusilə məsləhət görülür. Həmçinin saçların laminasiyası - ətraf mühitin çirkli təsiri, yağış, qar və günəş şüalarından qoruya bilir. Ən əsası isə fenin isti havasından.

Bu prosedurun effekti 3-6 ay müddətində saxlanılaraq, tədricən yuyulur. Lakin proseduru yenidən təzələmək üçün onun tam olaraq yuyulmasını gözləməyə ehtiyac yoxdur.

Prosedurun qiymətinə gəldikdə isə, bu prosedur premium klass proseduru sayıldıqdan o qədər də ucuzlu deyil. Təbii ki, qiymət saçların uzunluğundan asılı olaraq dəyişir. Bir neçə salonların qiymətlərinə nəzər salaraq, deyə bilərik ki, prosedur 70 - 100 Azn civarında hesablanır.

Sonda isə demək istərdik ki, laminasiyanın heç bir saç növü üçün əks təsiri yoxdur. İstər qıvrım, istər düz saçla eyni qaydada bu prosedurdan xeyirli maddələri almaqla sağlam və gözəl görkəm alacaqlar. Lakin, səhv salmayın laminasiya saçları düzləşdirmir, sadəcə onlara sağlam görkəm verir. Xüsusilə bu prosedur, zədələnmiş, zəif, quru, boyanmış və kimyəvi burulmuş saçlar üçün məsləhət görülür.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 05:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri