Saçlarını yeyən doqquz yaşlı Lalənin anası danışdı VİDEO
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
İyulun 30-da Qax rayon sakini olan 9 yaşlı qız ürəkbulanma, iştahasızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilib. Azyaşlının anası Şəhanə Həmzəyeva övladının uşaqlıqdan öz saçlarını yediyini və bunun qarşısını ala bilmədiklərini söyləyib.
Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin sözlərinə görə, xəstə əməliyyat olunaraq yad cisim mədəsindən xaric edilib:
"Mədənin girəcəyindən çıxacağına qədər onikibarmaq bağırsaq da daxil olmaqla böyük ölçülü tük mənşəli yad cisim var idi. Əməliyyat zamanı yad cisim mədədən xaric edildi. Hazırda azyaşlının vəziyyəti yaxşıdır. Xəstənin növbəti günlərdə ambulator müalicəyə göndərilməsi planlaşdırılır".
Ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 08 Avqust 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















