Icma.az
close
up
RU
ŞAD XƏBƏR: Bu avtomobillər ucuzlaşacaq

ŞAD XƏBƏR: Bu avtomobillər ucuzlaşacaq

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Çin avtomobilləri Azərbaycana idxal olunarkən ilkin müəyyən edilən qiymətləri çox baha idi”.

Bunu nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynov “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, qiymətlərin optimallaşdırılması üçün addımlar atılmalı idi:

“Yəni sözügedən elektromobillərin daha ucuz qiymətlə bazara daxil olması məqsədəuyğun olardı. Artıq artan tələbat və ölkəmizdə Çin avtomobillərinin sürətlə çoxalması bazarda rəqabət yaradıb. Ona görə də şirkətlər daha çox avtomobil satmaq üçün qiymətləri endirməyə məcbur olurlar.

Çünki qiyməti birbaşa bazar tənzimləyir. Yeni Çin avtomobilləri elektromobil və hibrid olduğu üçün həm də gömrük rüsumundan azaddır. Bu da qiymətlərin ucuz olmasına təsir edir. Bir növ qiymətlər üzərində hansısa dəyişiklik etmək mümkündür. Ucuz qiymətə çox avtomobil satmaq əlverişlidir. Bu səbəbdən də qiymətlər enir”.

Ekspert qeyd edib ki, artıq avtomobil bazarında ciddi rəqabət var:

“İllər boyunca istədiyimiz azad rəqabət və inhisarçılığın olmaması bu idi. Nəzərə almaq lazımdır ki, yalnız şirkətlər və ya salonlar deyil, istənilən fiziki şəxslər də Çindən Azərbaycana avtomobil gətirə bilir. Hətta bazarda Çin avtomobilləri satan kifayət qədər fiziki şəxs var.

Onlar da rəqabətdə müəyyən rola malikdirlər. Yəni fiziki şəxslər gətirdikləri avtomobilləri satmaq üçün ucuz qiymət təklif edirlər, digər şirkətlər də məcbur olaraq qiymətləri endirirlər”. 

Onun sözlərinə görə, ölkəyə yeni elektromobillər idxal olunduqca istehsal ili köhnə maşınların da qiyməti aşağı düşür:

“Məsələn, 2026-cı ilin avtomobili bazara gələndə artıq 2025-ci il istehsalı olan avtomobillərin qiymətləri belə ucuzlaşır. Məsələn, gələn il 2025-ci il istehsalı olan Çin avtomobillərinin qiymətində 3-5 min arası ucuzlaşma müşahidə oluna bilər. Lakin ucuzlaşma uzun müddət davam etməyəcək.

Çünki bazarda bir müddət sonra Çin avtomobillərinin sayı tələbatdan yüksək olacaq. Belə vəziyyətdə isə idxal prosesində bir qədər geriləmə müşahidə olunacaq və qiymətlərdə sabitlik yaranacaq”.

Mütəxəssis onu da vurğulayıb ki, digər avtomobillərin qiymətində də ucuzlaşma olacaq:

“Məsələn, “Mercedes”, “BMW”, “Hyundai” və “Toyota” kimi markaları daimi istəyən insanlar var. Hətta bəzi həvəskarlar hər il sözügedən markaların yeni modellərini alırlar.

Onlar Çin avtomobillərinə yönəlmirlər. “Toyota”, “Mercedes”, “BMW”, “Hyundai” kimi markalar heç vaxt rəqabətdə Çinə uduzmaz. Bu brendlər bütün dünyada dominantdırlar və onları əvəz edə biləcək hansısa şirkət yoxdur. 

Çinin elektromobilləri yalnız ikinci əl bazarında rəqabətdə problem yaradır. Tutaq ki, 15-20 il əvvəl istehsal olunan maşınları sürənləri onları satıb Çin avtomobilləri almaq istəyirlər.

Yəni qiymət ucuzlaşması onlarda da baş verəcək. Çinin artan bazar payı nəticəsində ili köhnə olan avtomobillərin qiyməti 4-5 min manat ucuzlaşacaq. Artıq bu ucuzlaşma müşahidə olunur”. 

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Çin avtomobilləri elektromobillər ucuzlaşma

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri