Icma.az
close
up
RU
ŞAD XƏBƏR ƏFV ola bilər!

ŞAD XƏBƏR ƏFV ola bilər!

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Hüquq müdafiəçisi: “Bu məsələ cənab Prezidentin səlahiyyətindədir və istənilən vaxt əfv sərəncamı verilə bilər”

Dekabrın sonu Azərbaycan üçün təkcə təzə təqvim ilinin başlanğıcı hesab olunmur, 31 dekabr eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Həmin günlə bağlı əfv gözlənilirmi? Əfv komissiyasında bir hərəkətlənmə varmı, bu ay olacaqmı?

Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Ötənlərdə 31 dekabrda cənab Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanıb. Lakin son 5 ildə əfv sərəncamları daha çox Novruz bayramı, böyük tarixlər və may ayında imzalanıb. Məsələn, 2023-cü ildə Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı mayda 801 məhbusu əhatə edən əfv sərəncamı verilmişdi. 2018-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 28 May Respublika Günü münasibətilə 634 məhbus əfv olunmuşdu.

Bu ilin may ayında isə 160 nəfərə yaxın məhbusun əfv olunduğunu qeyd edək. Bu baxımdan, dekabrın sonunda növbəti əfv sərəncamı olacağı ehtimalı o qədər yüksək deyil, amma bu məsələ cənab Prezidentin səlahiyyətindədir və istənilən vaxt əfv sərəncamı verilə bilər.

Əfv Komissiyasının katibliyi və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru davamlı olaraq müraciətləri qəbul edir, baxır və emal edir. Hər bir müraciətə görə arayış hazırlanır və Əfv Komissiyasının iclasları ərəfəsində cənab sədrə təqdim olunur.

Bu il bir sıra mühüm hadisələrlə yadda qaldı, o cümlədən parlament və prezident seçkiləri, həmçinin COP29 tədbiri keçirildi. Bütün bu hadisələrdən sonra ehtimal edirəm ki, növbəti əfv sərəncamı gələn ilin Novruz bayramı və ya may ayında ola bilər".

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd edib: “Çox istərdim ki, hazırda məhkəmələri davam edən blogerlər, jurnalistlər, siyasi partiya üzvləri elə məhkəmədən ev dustaqlığına buraxılsınlar. Çünki 31 dekabr həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramıdır, bu münasibətlə onlara qarşı humanist addım atmaq olar. Monitorinq Qrupunun üzvləri olaraq hər zaman bu barədə müraciətlərimizi göndəririk. Hesab edirəm ki, son vaxtlar ölkəmizə qarşı təzyiqləri nəzərə alaraq, bu addımları atmaq olar. Həmçinin jurnalist Əvəz Zeynallının azadlığa çıxmasını arzulayıram.  Bu gün ölkəmizə qarşı "siyasi məhbus" məsələsi ilə bağlı xeyli qınaq gəlir. Demirəm ki, biz o qınaqlardan qorxuruq, sadəcə, çalışmaq lazımdır ki, digər dövlətlərin qarşısında Azərbaycan haqqında belə bir xoşagəlməz imic formalaşmasın. Bu baxımdan istərdim ki, hamısı azadlığa çıxsın. 

Bundan başqa, çox istərdik ki, ömürlük həbsə məhkum olunmuş, hazırda sayları 2-3 nəfər qalmış OMON-çular, ömürlük həbs cəzasına məhkum olunanlar, hansı ki, 20 ildən çoxdur ki, məhbus həyatı yaşayırlar, bəziləri hətta Birinci Qarabağ müharibəsində iştirak ediblər, onların əfvə düşməsini arzulayırıq".

Musavat.com

Xalidə Gəray 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2024 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see301

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see253

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see247

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see244

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see230

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see228

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see223

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see219

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see215

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see209

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see205

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see203

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see202

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see197

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see190

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see189

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see183

Vens: ABŞ ın səylərinin böyük hissəsi gəmilərin boğazdan sərbəst keçidinin təmin edilməsinə yönəlib

01 Sentyabr 2026 05:02see172

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see162

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri