Icma.az
close
up
RU
Sadə pəhriz, sürətli nəticə: Arıqlamanın gizli formulu ortaya çıxdı

Sadə pəhriz, sürətli nəticə: Arıqlamanın gizli formulu ortaya çıxdı

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni araşdırmalar göstərir ki, qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalori miqdarını sabit saxlayan şəxslər, pəhrizində davamlı yenilik edənlərlə müqayisədə daha sürətlə və effektiv şəkildə çəki itirirlər.

Oxu.Az xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupunun əldə etdiyi bu nəticələr "Health Psychology" elmi jurnalında dərc olunub.

Amerika Psixoloji Assosiasiyasının dəstəyi ilə aparılan araşdırmada artıq çəki və piylənmədən əziyyət çəkən 112 nəfər iştirak edib. 12 həftəlik arıqlama kursu müddətində iştirakçılar qəbul etdikləri bütün qidaları mobil tətbiq vasitəsilə qeyd edərək çəkilərinə nəzarət ediblər.

Tədqiqatın müəllifi, Oreqon Səhiyyə və Elm İnstitutunun mütəxəssisi Şarlotta Hagerman bildirir ki, müasir dövrdə sağlam qidalanma vərdişini qorumaq böyük iradə tələb edir. Lakin sabit qidalanma rejimi bu prosesi avtomatlaşdırır və insanın sağlam qərarlar qəbul etməsini asanlaşdırır.

Alimlər araşdırma zamanı iki əsas amili təhlil ediblər:

Kalori sabitliyi: Gündəlik alınan kalori miqdarının nə dərəcədə dəyişməsi.

Rasionun təkrarlanması: İnsanın eyni qidaları hansı tezliklə qəbul etməsi.

Məlum olub ki, daha sabit pəhriz saxlayanlar çəkilərinin orta hesabla 5.9%-ni, rasionunu tez-tez dəyişənlər isə cəmi 4.3%-ni itiriblər. Statistikaya görə, alınan kalorilərin hər 100 kkal fərqlənməsi arıqlama effektivliyini 0.6% aşağı salır.

Tədqiqatçılar bu nəticəni qida seçiminin sadələşdirilməsi ilə əlaqələndirirlər. Qidalanma rejimi əvvəlcədən bəlli olduqda, insanların hədəflərindən yayınması və proqramdan kənara çıxması daha çətin olur.

Maraqlı məqamlardan biri də budur ki, istirahət günlərində daha çox kalori qəbul edən şəxslər belə, rasionu sabit olanlar qrupunda daha uğurla arıqlayıblar. Alimlər bunu qida gündəliyinin dürüst aparılması ilə izah edirlər. Adətən insanlar həftəsonu yedikləri "artıqları" qeyd etməyə meylli olmurlar, lakin yüksək göstəricilər həmin şəxslərin özlərinə qarşı daha dürüst olduqlarını və qeydiyyatı dəqiq apardıqlarını sübut edir.

Əvvəllər pəhrizdə rəngarənglik (müxtəlif meyvə və tərəvəzlər) sağlamlıq üçün əsas şərt sayılırdı. Lakin yüksək kalorili qidaların əlçatan olduğu müasir dünyada, arıqlamaq istəyənlər üçün daha sadə və təkrarlanan qidalanma rejimi daha praktik və effektiv seçimdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Aprel 2026 07:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri