Icma.az
close
up
RU
Sadəcə danışıq aparmışdıq, amma ortaq məxrəcə gələ bilmədik Elmar Baxşıyev

Sadəcə danışıq aparmışdıq, amma ortaq məxrəcə gələ bilmədik Elmar Baxşıyev

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Araz-Naxçıvan"ın sabiq baş məşqçisi Elmar Baxşıyev Sportal.az saytına müsahibə verib. 

- Bir müddət idi ki, adınız "Kəpəz"lə hallanırdı. Gəncə klubundan təklif almışdınız, niyə bu kluba keçidiniz baş tutmadı?

- Detalların üzərində dayanmaq istəmirəm. Sadəcə danışıq aparmışdıq, onu deyə bilərəm. Lakin ortaq məxrəcə gələ bilmədik. Ona görə də alınmadı.

- Maraqlıdır, biz sizi yeni mövsüm Premyer Liqanın hansı klubunda görəcəyik? Hazırda "İmişli" və "Sumqayıt"ın də baş məşqçi postu boşdur. Bu klublardan təklif almamısınız?

- Hansısa klubda olmağım məndən asılı olan məsələ deyil axı. Hazırda heç bir klubla danışıq aparmıram. Əlbəttə ki, iddialı və perspektiv vəd edən klubdan təklif gələrsə, üzərində dayanmaq olar.  

- "Araz-Naxçıvan"da işlədiyiniz dönəmdə əslində uğurlu olmuşdunuz. Bu klubu tarixində ilk dəfə 3-cü pilləni tutmağına, avrokuboklara getməyinə kömək oldunuz. Sizcə, orada daha çox qalaraq, daha yaxşı yerlərə gəlmək mümkün idi? Çünki sizin gedişinizdən sonra klub daha da aşağıya doğru getdi...

- "Araz-Naxçıvan"dan axı özüm getməmişdim, göndərilmişdim. Əlbəttə ki, ikinci mövsüm üçün iddialı komanda formalaşdırmışdıq. Düşünürəm ki, mövsüm sonunda avrokuboklara da gedə biləcək komanda idi. Sadəcə şans verilmədi ki, bunu sona qədər çatdıra bilək.

- Yəqin ki, hazırda işləməsəniz də, Premyer Liqa klublarında baş verən hadisələrlə, yeniliklərlə yaxından maraqlanırsınız? Çünki mövsümün gedişində hansısa kıluba baş məşqçi təyin edilməl ehtimalınız da ola bilər...

- Mən daim mətbuatı izləyirəm, hər prosesdən də məlumatlıyam. Təbii ki, Azərbaycan çempionatını da izləyirəm, klublarda baş verən məsələləri də.

- Ölkə xaricinə yollanmaq ehtimalınız var? Təəssüf ki, Həm futbolçularımız, həm də futbolçularımızı xaricə aparacaq menecerlərimiz yoxdur demək olar ki. Hər halda, xaricdə işləmək üçün menecer köməyinə ehtiyac olur. Məşqçi kimi xaricə yollanmağınız nə dərəcədə realdır?

- Bizdən ölkə xaricinə həm futbolçu, həm də məşqçi kimi yollanmağımız çox çətindir. Təklif gələrsə, əlbəttə ki, özümü xaricdə də sınamaq istəyərdim. Ən azından təcrübə olardı. Hər halda, zaman nəyi göstərər, bilmirəm.

- Necə düşünürsüz, yeni mövsüm 2025/2026 mövsümündən daha maraqlı olacaq? Legioner limiti də yenə olmayacaq. Daha çox hansı komandanın çempionluq şansının olduğunu düşünürsüz?

- Nəinki ötən mövsüm, elə ildən-ilə çempionat daha da rəqabətli davam edir. Bu da klubların daha da iddialı olmasından irəli gəlir. Gözlənilən də budur ki, yeni mövsüm daha da rəqabətli olacaq. Necə olacağını isə zaman göstərəcək.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://sportal.az
archiveBu xəbər 02 İyul 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri