Sadettin Saran mövsümün sonuna qədər “Fənərbaxça” prezidenti postunda qalacaq
Icma.az, Apa.az saytına istinadən bildirir.
Sadettin Saran mövsümün sonuna qədər “Fənərbaxça” klubunun prezidenti postunda qalacaq, mövsümün sonunda isə fövqəladə ümumi yığıncaq keçiriləcək.
APA xəbər verir ki, bu barədə Sadettin Saran bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Ümumi yığıncaqda “Fənərbaxça” klubunun rəhbərliyi yenidən formalaşdırılacaq.
Sadettin Saran “Fənərbaxça”-nın Avropa Liqası və ölkə çempionatında mübarizə apardığını, hədəfin çempionluq olduğunu bildirib və mövsümün sonuna qədər klubun prezidenti kimi səlahiyyətlərini icra edəcəyini açıqlayıb. Bununla belə, Sadettin Saran fövqəladə ümumi yığıncaqda yenidən klubun prezidenti postuna iddialı olub-olmayacağını açıqlamayıb.
Qeyd edək ki, dekabrın 24-də narkotik testi pozitiv çıxdığını görə saxlanılan "Fənərbaxça" prezidenti Sadettin Saran bir gün sonra sərbəst buraxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 31 Dekabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















