Icma.az
close
up
RU
Sadettin Saran: Testdə pozitiv çıxdığı iddia edilən maddəni ömrüm boyu istifadə etməmişəm

Sadettin Saran: Testdə pozitiv çıxdığı iddia edilən maddəni ömrüm boyu istifadə etməmişəm

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin tanınmış iş adamı, "Fənərbaxça" futbol klubunun prezidenti Sadettin Saran narkotik maddələrlə bağlı istintaq çərçivəsində aparılan testlərin yenidən keçirilməsini tələb edəcəyini və prosesin hüquqi müstəvidə, şəffaf şəkildə aparılmasını gözlədiyini bildirib.

Bu barədə Qaynarinfo Türk mediasına istinadən xəbər verir.

Qeyd edək ki, narkotiklərlə bağlı istintaq çərçivəsində "Adli Tıp Kurumu”na göndərilən Sadettin Saranın saç nümunəsi üzərində aparılan testdə kokain nəticəsinin pozitiv çıxdığı açıqlanmışdı. Saranın qan, sidik və dırnaq nümunələri üzrə test nəticələrinin isə neqativ olduğu bildirilmiş, hazırlanmış hesabatın İstanbul Cumhuriyyət Baş Prokurorluğuna göndərildiyi qeyd edilmişdi.

"Yenidən nümunə vermək istəyirəm"

İctimaiyyətdə yer alan xəbərlərlə bağlı yazılı açıqlama yayan Sadettin Saran aşağıdakı fikirləri səsləndirib:

"Bu səhər mətbuatda yer alan xəbərlərlə əlaqədar olaraq, ictimaiyyəti məlumatlandırmaq zərurəti yaranmışdır. Hər şeydən əvvəl açıq və qəti şəkildə bildirmək istəyirəm ki, ‘Adli Tıp Kurumu’nun test nəticəsində pozitiv çıxdığı iddia edilən maddəni ömrüm boyu istifadə etməmişəm. İstifadə etməyi bir kənara qoysaq, sözügedən maddəni yaxından görmüşlüyüm belə yoxdur.

Bu istiqamətdə irəli sürülən iddialar şəxsimi hədəf alan, şəxsi hüquqlarımı və nüfuzumu zədələməyə yönəlmiş açıq qaralama kampaniyası xarakteri daşımaqla yanaşı, eyni zamanda təmsil etdiyim qurumları da qaralama məqsədi güdür. Bu prosesdə yenidən hər cür nümunəni dərhal və heç bir tərəddüd göstərmədən verməyə hazır olduğumu da açıq şəkildə ifadə etmək istəyirəm.”

Saran bildirib ki, sözügedən testin "Adli Tıp Kurumu” nəzdində yenidən aparılması və təkrar testlərin keçirilməsi məsələləri istintaqı aparan prokurorluq orqanından rəsmi qaydada tələb ediləcək.

"Bununla yanaşı, beynəlxalq səriştəyə malik müstəqil test qurumlarında bütün müvafiq testlər ən qısa müddətdə həyata keçiriləcək və nəticələr ictimaiyyətin diqqətinə təqdim olunacaqdır. Həqiqətin elmi metodlarla, universal standartlara uyğun şəkildə üzə çıxarılmasından heç bir çəkinəcəyim yoxdur.”

Saran, barəsində məxfilik qərarı olan bir işə aid olduğu bildirilən məlumatların səhərin erkən saatlarından etibarən eyni vaxtda və koordinasiyalı şəkildə bəzi platformalarda yayılmasının da ayrıca diqqətlə qiymətləndirilməli ciddi bir vəziyyət olduğunu vurğulayıb.

"Həqiqətin gec-tez üzə çıxacağına, prosesin hüquq dövləti prinsipləri çərçivəsində, ədalətli və şəffaf şəkildə yekunlaşacağına inamım tamdır.”

HƏMÇİNİN OXU:


Ela Rümeysa Cebeci yeni ifadə verdi: "Satıcı yox, istifadəçi idim"


Nə baş vermişdi?

Sadettin Saran daha əvvəl İstanbulda yerləşən evində tapılan və kokain olduğu qiymətləndirilən qalıqlarla bağlı suala cavabında bildirmişdi ki, şüşə qabın içində qızının müxtəlif dərmanları olub və böyük ehtimalla həmin qalıqlar bu dərmanların tozlarıdır.

Saran Assosdakı villasından götürülən maddələrlə bağlı isə açıqlamasında qeyd etmişdi ki, təxminən 20 gün əvvəl qadın basketbol komandasını qonaq ediblər. Onun sözlərinə görə, bağçada ağcaqanadları uzaqlaşdırmaq üçün lavanda və oxşar bitkilər, daha sonra isə arıları uzaqlaşdırmaq məqsədilə qəhvə yandırılıb və aşkar edilən qalıqlar bu proses nəticəsində yaranıb.

Sadettin Saran iddialarla bağlı daha əvvəl verdiyi başqa bir açıqlamada isə "WhatsApp” üzərindən məqsədli şəkildə yenidən dövriyyəyə buraxılan, illər əvvəl dəfələrlə təkzib edilmiş və özü ilə heç bir əlaqəsinin olmadığı sübuta yetirilmiş bəzi görüntü və paylaşımlar vasitəsilə ona qarşı nüfuz kampaniyası aparıldığını bildirmişdi.

Aydın

Qaynarinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:32
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Dekabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri