Sadiq Şəfiyev “Turan Tovuz”da qalır: “Nələrin olacağını zaman göstərəcək”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Klubdan ayrılacağıma dair yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda komanda ilə birlikdəyəm və bütün diqqətimi məşqlərə, oyunlara yönəltmişəm. Mənim üçün əsas məsələ hazırda “Turan Tovuz”un uğurlarıdır. Gələcəkdə nələrin olacağını isə zaman göstərəcək. Futbolda sabah nə baş verəcəyini dəqiq bilmək olmur, amma hazırda harasa getmək, transfer haqda düşünmək gündəmdə deyil. Fikrim yalnız komandama faydalı olmaq və uğurlar qazanmaqdır”.
Bu sözləri Futbolinfo.az-a açıqlamasında Sadiq Şəfiyev deyib.
Tovuz klubunun hücumçusu “Neftçi” üzərindəki qələbəni də dəyərləndirib: “Komandamız çox istəkli və motivasiyalı idi. Meydana yalnız qələbə üçün çıxmışdıq. Bunun nəticəsi olaraq ilk dəqiqələrdən üstünlüyü ələ aldıq və hesabı açmağı bacardıq. Həmin qol qələbə qazanmağımıza kifayət etdi. Bu uğura görə çox xoşbəxtik. İnşallah, qarşıdakı oyunlarda da eyni istək və əzmlə çıxış edərək azarkeşlərimizi sevindirmək istəyirik. Məqsədimiz ardıcıl qələbələr qazanmaqdır”.
Gənc forvard şəxsi hədəfləri barədə danışıb: “Oyunlarda hər zaman əsas heyətdə yer almamağım məşqçinin qərarıdır və buna hörmətlə yanaşıram. Mənim işim daim öz üzərimdə çalışmaq, hər gün daha çox inkişaf etməkdir. Əlimdən gələni edirəm ki, komandama faydam dəysin. Hər məşqdə daha çox səy göstərməyə, özümü inkişaf etdirməyə çalışıram. Qarşıma böyük hədəflər qoymuşam – əsas heyətdə sabit çıxış etmək, qol vurmaq və bombardir olmaq istəyirəm. Bunun üçün dayanmadan çalışacağam”.
İdman.biz
Baxış sayı:108
Bu xəbər 30 Avqust 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















