Icma.az
close
up
RU
Sadıqov: “Oyunun ədalətli nəticəsi heç heçə idi”

Sadıqov: “Oyunun ədalətli nəticəsi heç heçə idi”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXVII turunun “Sabah” – “Zirə” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Çətin oyun alındı. İlk dəqiqələrdən hər iki komanda bir-birindən ehtiyat edirdi. Rəqibin qoluna qədər epizod yox idi. Uzaqdan zərbə hesabı açdı. Sekidikanın yaxşı zərbələrinin olduğunu bilirdik. Fasilədə toparlandıq və daha böyük qüvvə ilə irəli atıldıq və qol vurduq. Bundan sonra bərabər oyun keçdi. Düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-heçə idi.

– Qış fasiləsindən sonra müsbət tonusda davam edirsiniz. İndi fasilə necə təsir edəcək?
– Uğurlu gedəndə fasilənin olmasını istəmirsən. Oyun ərzində də belədir, yaxşı gedişatda pauza xoş gəlmir. Fasilənin xeyrimizə, ya zərərimizə olacağını görəcəyik. Vaxtdan səmərəli istifadə etməyə çalışacağıq. Bəzi çatışmazlıqlarımız var. Həlledici dövrə qarşıdadır.

– İsmayılın milliyə dəvəti haqda fikirlərinizi bilmək istəyirdim…
– Bu, sevindirir. İnşallah, millidə yaxşı çıxış edər.

– Salifu Sumaya marağın böyük olması onun performansına təsir edir?
– Bu günə qədər hiss etməmişəm. Bu matçda “Sabah” onu saxlamışdı. Mənimçün vacib olan futbolçunun istəyidir. Məncə, Sumada bu gün daha çox yorğunluq var idi. Son periodda ən çox oynayanlardandır. İnanıram ki, fasilə ona faydalı olacaq.

– Millinin növbəti iki oyunu haqda fikirləriniz nədir?
– Yaxşı matçlardır. Nəticə önəmli deyil. Məşqçi komandanı sınaqdan keçirəcək.

– Son müsahibələrinizdə Ayxan Abbasovu tərifləmişdiniz. Onun U-21-ə təyinatı haqda nə deyə bilərsiniz?
– Onun və millinin adına yaxşı qərar oldu. Mən də onu namizəd görürdüm. İki yerdə işləmək Abbasov üçün müsbət olacaq. “Şamaxı” avrokuboklara getməyəcək və yeni mövsüm sıx qrafikdə olmayacaqlar. Onun bu işin öhdəsindən gələcəyini düşünürəm.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Sentyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri