Icma.az
close
up
RU
Sadıqov: “Üzərimizdə böyük məsuliyyət var idi”

Sadıqov: “Üzərimizdə böyük məsuliyyət var idi”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Konfrans Liqasının I təsnifat mərhələsinin “Torpedo” – “Zirə” oyunundan (0:3) sonra Azərbaycan təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Rəqibin oyunun əvvəlində sistemi dəyişməsi bizim üçün gözlənilməz oldu. Bir çox matçlarını təhlil etmişdik, bu taktika ilə oynamamışdılar. İlk dəqiqələrdə müəyyən çətinliklər oldu. Buna baxmayaraq, futbolçular yaxşı reaksiya verdilər və rəqibin qarşısını ala bildilər. Daha sonra oyunu bərabərləşdirib, üstünlüyü ələ aldıq. Olduqca vacib qələbə qazandıq. Hamını ürəkdən təbrik edirəm. Üzərimizdə böyük məsuliyyət var idi, istəyirdik ki, azından birinci mərhələni keçək.

– Püşkatmadan sonra düşünürdünüz ki, belə asan oyun olacaq?
– İki rəqib var idi ki, onlarla qarşılaşmaq istəmirdim. Bunlardan biri də “Torpedo” idi. Onların tarixi ənənələri, avrokubok təcrübələri var. Buna görə bu komanda ilə düşmək istəmirdim.

– Növbəti rəqib Estoniyanın “Paide” komandası olacaq. Nə düşünürsünüz?
– Bu kollektiv haqqında məlumatım yoxdur. Bəlkə də, artıq təyyarədə onları təhlil etməyə başlayacağam.

– Ardıcıl iki qollu qələbənin sirri nədir?
– Rəqibə qarşı keyfiyyətli oyun sərgiləmək istəyirdik. Onları təhlil edəndə görürdük ki, hər komponentə hazırdırlar. Standart vəziyyətlərdə də təhlükə yarada bilən komandadırlar. Məşqçi kimi çox tapşırıq verə bilərsən, amma əsas işin meydanda necə icrasıdır.

– Rəqib azarkeşlər baş məşqçilərini istefaya səsləyirdilər. Belə halla siz də qarşılaşmısınız?
– Həmkarımla yaxşı münasibət yaranmışdı. Dirk Şusterə qarşı simpatiyam var idi. Ona böyük hörmət bəsləyirəm. Oyundan öncə də maraqlı dialoqlarımız oldu. Açığı, ona qarşı böyük təzyiq olmasına görə məyusluq hissi keçirdim.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 İyul 2026 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri