Icma.az
close
up
RU
Sadıqovun ağıl məhsulu TƏHLİL

Sadıqovun ağıl məhsulu TƏHLİL

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sovet dönəmində avtomobil zavodlarını təmsil edən idman cəmiyyətləri Torpedo adı ilə çıxış edirdi. Onlardan biri də Gürcüstanın üçüncü ən böyük şəhəri olan Kutaisidə qurulmuşdu. Həmin “avtomobilçilər” dünən Sumqayıtda “ağır qəzaya” uğradılar…

“Zirə” 3:0 hesablı qələbə ilə qonşu ölkənin ən çılğın azarkeşlərinə sahib komandasının qanını qaraltdı.

Ancaq diqqətli olmaq lazımdır:

– Xüsusən avrokubok oyunlarında izdihamlı azarkeş dəstəyi olur.
– ⁠Tarixi və ənənəsi zəngindir.
– ⁠Hazırda Tbilisi “Dinamo”sundan və bir az da Batumi “Dinamo”sundan sonra ən təcrübəli Gürcüstan klubudur.

Rəqib haqda antrakt-drama

2000-lərin əvvəlləri Gürcüstan futbolunda fırtına kimi əsən bu klub ardıcıl üç dəfə çempion olur, sonları isə maliyyə dayaqları zəifləyir, I Diviziona düşür.

İndiki “Torpedo” isə 2017-dəki “reinkarnasiyanın” məhsuludur. Dibdən qayıdan “köhnə qurd” həmin ildə gözlənilmədən ölkə çempionu olur.

***

4 qat ölkə çempionu, 5 dəfə isə kubokun sahibi olan “Torpedo”nun “Zirə” üçün statik baxımdan təhlükəli rəqib olduğunu deməliydik.

Ancaq hərəkətə başlayanda…

Rəşad Sadıqovun “şahmat gedişləri” hörmətəlayiq zəka oyunu kimi dəyərləndirilməlidir.

Məlum/məsum “Turan Tovuz” mərəkəsindən sonra “Zirə”nin bütün planları pozulmuşdu. Cəmi iki yoxlama oyunu üçün Boluya yollanan komanda qısamüddətli toplanış, hövlnak transfer əməliyyatları ilə yarımcan avrokubok hazırlığı keçmişdi.

Hərçənd, Sadıqov transfer strategiyasında Premyer Liqa konservativliyindən çıxmayacaqlarını bildirmişdi və insafən, bu daha məntiqli yanaşma idi.

Bir sözlə, Konfrans Liqası matçına qısamüddətli böhran dövrünə yanaşma prizmasından yanaşıldı. Lakin bu işə yağlı bir beş!

***

Yuxarıda idmanda vacib nəsnə olan ənənədən bəhs edərkən Kutaisi təmsilçisinin aşkar üstünlüyünü qeyd etmişdik. Ancaq cari panoram “Zirə”nin xeyrinə idi. Təxminən ikiqat daha bahalı heyətə malik “qartallar”ın yüksəkdən uçması üçün imkanı var idi, ancaq reallaşdırmaq üçün göz lazım idi…

Hər iki hissədə rəqibinin qol-qanadını bağlayıb bütün komponentlərdə dominantlıq edən “Zirə”nin uğurlu oyunu Sadıqovun əsəri, beyin məhsulunun nəticəsi idi:

– “Torpedo”nun ən məşhur transferi və ən bahalı iki oyunçusundan biri serb Komnen Andriç normal qol epizodu yaxalaya bilmədi
– ⁠Solaxay sağ cinah oyunçusu Georgi Arabidze nə uzaqdan zərbələrə imkan qazandı, nə o məşhur assistlərindən reallaşdıra bildi
– ⁠Kapitan Mamuçaşvili dayaq yarımmüdafiəçi kimi oyun quruculuğunda da, dağıdıcılıqda aktivlik göstərə bilmədi
– ⁠Xorvatiyalı mərkəz müdafiəçi Matey Şimiç hava toplarında əla oyunu ilə seçilsə də, o nahiyədən başla qol buraxdılar

Deməli, Sadıqov rəqibi yaxşı “oxumuşdu” və doğru strategiya seçmişdi. 3 cavabsız qol və dominant futbolun “ana xətti” isə rəqibə ikinci zonada tətbiq olunan pressinq idi.

Gürcüstan mediasında axtarış aparılsa, “Torpedo”nun oyunu haqda iki əsas detalın qabardıldığı görünər: cinah reydləri və dərin müdafiədən qurulan sürətli əks-hücumlar.

Gördükmü? Yox. (Yalnız orta blokdan) (yox bir)…

Sadıqov Klopun gegenpress taktikasından istifadə etməyi sevir və onun ən yaxşı nümunələrindən birini “Torpedo”ya qarşı tətbiq etdi.

Birinci zonadakı səliqəli, ayıq-sayıq oyun və (orta blokdan (yox daa) mərkəzdən rəqibə tətbiq olunan personal və kompakt təzyiq taktikası və onun tətbiq mexanizmi şapka çıxarılası gediş idi. Üçlü əvəzetmə (red-Boqomolski, İsmayıl, Cibrilla 72-ci dəqiqədə oyuna qoşuldu) həmin uğurlu təzyiqin “fresh” qalması üçün mükəmməl yanaşma idi.

Şuster məəttəl qalmışdı və əks heç nə təklif edə bilmədi. Oyunsonrası mətbuat konfransında da etiraf etdi. Ancaq əfsanəvi Şengelianın adını daşıyan stadionda ehtiyatı/inisiativi əldən vermək olmaz. Həm Şuster şok effektinə əks-effekt düşünəcək, həm qəzəbli fanların təzyiqi oyunun aurasına çox təsir edəcək.

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 İyul 2026 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see441

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see329

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see248

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see239

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see236

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see229

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see217

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see206

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see198

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see194

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see193

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see193

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see188

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see187

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see182

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see180

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see155

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri