Sadır Japarov MDB ölkələrinin liderlərini 2027 ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Türkmənbaşı, 9 oktyabr, AZƏRTAC
Qırğızıstan Prezidenti Sadır Japarov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarını 2027-ci ilin oktyabrında Qırğızıstanda keçiriləcək “Bişkek+25” - İkinci Qlobal Dağ Sammitində iştirak etməyə dəvət edib.
AZƏRTAC xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov bu barədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib. O, turizm sahəsində əməkdaşlığın perspektivlərinə və dağlıq ərazilərin inkişafına toxunub.
Dövlət başçısı, həmçinin MDB-nin himayəsi altında mədəni-humanitar əməkdaşlıq çərçivəsində 2028-ci ildə 100 illiyi qeyd ediləcək görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yubileyinə həsr olunmuş birgə tədbirlərin keçirilməsini təklif edib.
Çıxışının sonunda Sadır Japarov Qırğızıstanın bundan sonra da MDB-nin möhkəmləndirilməsinə töhfə verməyə hazır olduğunu təsdiqləyib.
Müxbir – Pərvanə Qafarova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 09 Oktyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















