Sadır Japarov və Emomali Rəhmon iki ölkə arasında sərhəd sazişi imzalamağı planlaşdırırlar
Icma.az bildirir, Apa.az portalına istinadən.
Qırğızıstan və Tacikistan Prezidentləri Sadır Japarov və Emoməli Rəhmon Bişkekdə keçirilməsi planlaşdırılan görüşdə sərhəd sazişi imzalamaq niyyətindədirlər.
APA xəbər verir ki, bu barədə jurnalistlərə Qırğızıstan Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Muratbek Azımbakiyev məlumat verib.
“Qırğız Respublikasının Prezidenti Sadır Japarovun və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun birgə bəyanatının qəbul edilməsi, Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında dövlət sərhədi haqqında sazişin və digər ikitərəfli sənədlərin imzalanması planlaşdırılır”, - Azimbakiyev bildirib.
Qırğızıstanla Tacikistan arasındakı sərhədin uzunluğu təqribən 980 km-dir. Onun delimitasiyası ilə bağlı danışıqlar 2002-ci ilin dekabrından davam edir. Bu məsələnin həll olunmaması dəfələrlə iki respublikanın yerli sakinləri və hərbçilərinin iştirakı ilə münaqişələrə, odlu silahdan istifadəyə səbəb olub. Bunlardan sonuncusu 2022-ci ilin payızında baş verib. Ümumilikdə 2014-cü ildən bəri Qırğızıstan-Tacikistan sərhədində 10-dan çox ciddi münaqişə baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 11 Mart 2025 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















