Sadıxovun döyüşü LasVeqasda statusuna görə üçüncü olacaq İdman və Biz
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fevralın 15-də Las-Veqasda (ABŞ) azərbaycanlı qarışıq döyüş ustası Nazim Sadıxovun iştirakı ilə keçiriləcək UFC Fight Night turnirində döyüşlərin sayı artmaqda davam edir.
İdman.biz xəbər verir ki, Sadıxov braziliyalı İsmael Bonfimlə döyüşəcək.
Bu qarşılaşma əvvəlcə gecənin ikinci ən vacib döyüşü sayılsa da, indi statusuna görə üçüncü olacaq. Kalvin Kattar (ABŞ) və Yusif Calal (Mərakeş) arasındakı görüş onları qabaqlayıb.
Gecənin əsas döyüşü isə Cared Kannonir (ABŞ) və Qreqori Rodriges (Braziliya) arasında keçiriləcək.
İndiyə kimi turnirdə 14 döyüşün iştirakçıları müəyyənləşib.
Sadıxov son döyüşünü 2023-cü il noyabrın 11-də Nyu-Yorkda "Madison Square Garden"də rusiyalı Vyaçeslav Borşevə qarşı keçirib. Üç raundluq mübarizədən sonra hakimlər heç-heçə qeydə alıblar.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 15 Yanvar 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















