Şadlıq evi və restoranlara keyfiyyətsiz və ucuz “araq” belə yol açır DETALLAR
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bugünlərdə mənşəyi məlum olmayan bir sıra akoqollu içkilər AQTA tərəfindən aşkarlanaraq satışdan çıxarılıb.
Onu da qeyd edək ki, alkoqollu içkilərlə bağlı ötən aydan etibarən yeni qaydalar qüvvəyə minib. Bu qaydalara əsasən araqların pərakəndə satışına minimum qiymətlər təsdiq edilib.
Ancaq “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) spirtli içkilərin minimum qiymətinin müəyyən olunmasına dair qərarla razılaşmır.
Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, bu ilin oktyabr ayında qablaşdırma həcminə uyğun olaraq, yerli və idxal olunan qeyri – meyvə araqlarının pərakəndə satışının minimum qiymətləri təsdiq olunub və bu qərar cari ilin noyabr ayının 24 – dən qüvvəyə minib:
“Qərarla təsdiq olunan minimum satış qiymətləri yalnız pərakəndə satışa tətbiq olunub. Yəni qərarın istehsal müəssisələrinə aidiyyəti yoxdur. Qərarın qüvvəyə minməsindən keçən bir ay müddətində istehlakçılardan AİİB-ə daxil olan məlumatlar, araşdırmalar göstərir ki, istehsalçılar üçün minimum satış qiyməti tətbiq olunmadığından, bəzi istehsalçılar tərəfindən yenə də ticarət şəbəkələrinə, şadlıq evlərinə, ictimai-iaşə obyektlərinə hətta maya dəyərindən də aşağı qiymətlərlə keyfiyyətsiz araq (vodka) məhsulları təklif olunur.
2026-cı ildən istehsalda 1 litr araq (vodka) üçün 5,0 AZN Aksiz Vergisi müəyyən edilib. Deməli, istehsal olunan 1 litrlik qablaşdırmada arağın 5,0 manat aksiz vergisi və 1,20- 1,50 manatını isə ƏDV təşkil edəcək. Yəni orta hesabla 6,20-6,50 manatını yalnız vergi təşkil edir. Məhsulun maya dəyəri, istehsal xərcləri, rentabellik faizi nəzərə alınmaqla, 1 litrlik qablaşdırılmış arağın istehsalçılar tərəfindən minimum satış qiyməti 14,0 manata yaxın olmalıdır.
Lakin AİİB-ə istehlakçılar tərəfindən verilən məlumat göstərir ki, bu hesablamalara məhəl qoymayan bəzi istehsalla məşğul olanlar tərəfindən regionlarda 6,0-7,50 manat qiymətlərlə 1 litrlik qablaşdırılmış araq təklif olunur. Təbii ki, bu cür məhsulların mənbəyi və mənşəyi bəlli olmadığı üçün onların keyfiyyəti də şübhə altında olacaq.
Yəni qərar qüvvəyə minənə qədər istehlakçılar pərakəndə satışdan ucuz araq alaraq qiymətdə qənaət edib yalnız keyfiyyətdə uduzurdularsa, qərardan sonra istehlakçılar həm qiymətdə, həm də keyfiyyətdə uduzmaya düçar olurlar və bu istehlakçılarda təbii olaraq narazılığa səbəb olur. İstehlakçı hüquqlarını qoruyan, beynəlxalq istehlakçı təşkilatı “Consumers İnternational”ın (Cİ) üzvü olaraq, doğma Azərbaycanımızı dünyanın çoxsaylı ölkələrində təmsil və təbliğ edən bir vətəndaş cəmiyyəti nümunəsi olaraq hökumətin bu qərarı ilə razı deyilik”.
AİİB sədrinin sözlərinə görə, ölkəmizdə 2016-cı ildən alkoqollu içkilərin istehsalı, satışı və idxalı ilə bağlı xüsusi icazələrin (lisenziyaların) tələbi tamamilə aradan qaldırılıb:
“Qeyd etmək lazımdır ki, dünyanın bütün ölkələrində alkoqollu içkilərin istehsalı, idxalı və satışı müvafiq lisenziyalarla tənzimlənir.
Lisenziyalar ləğv olunana qədər ölkədə şərab istehsalı ilə 19 müəssisə, araq (vodka) istehsalıyla isə 8 müəssisə fəaliyyət göstərirdi. Lisenziyalar ləğv edildikdən bəri bu günə qədər ölkədə yalnız bir yeni şərabçılıq müəssisəsi – “Şirvan Şərabları” MMC (Meysəri) yaradılıb, araq (vodka) istehsalçılarının sayı isə artıq 90-a yaxınlaşıb.
Bundan sonra müvafiq nəzarət sxeminin olmaması nəticəsində ölkəyə ucuz və aşağı keyfiyyətdə olan araq (vodka) məhsullarının idxalı kəskin surətdə artıb, alıcıların məlumatsızlığı və ənənəvi düşüncəyə əsasən (idxal olunan malın daha keyfiyyətli olması) idxal olunmuş mallar yerli istehsal olunmuş məhsulların satışını üstələməyə başlayıb.
Odur ki, haqsız rəqabətə son qoyulması, istehlakçı maraqlarının təmin olunması, vergi yığımının artırılması və spirtli içkilər bazarını keyfiyyətsiz araq məhsullarından təmizləmək məqsədi ilə ən azı qonşu MDB ölkələrinin bu sahədəki təcrübəsinə istinad olunmasını təklif edirik.
2016-ci ildən alkoqollu içkilərin istehsalı, satışı və idxalı ilə bağlı xüsusi icazələrin (lisenziyaların) ləğv olunmasından sonra dövlətin biznes qurumları üçün yaratdığı bu əlverişli, toxunulmazlıq jestindən sui-istifadə edib, istehlakçı maraqlarına məhəl qoymayaraq fəaliyyətə başlamış 90-a qədər araq istehsalı müəssiəsində ciddi manitorinqlər keçirilsin və hökumətin minimum qiymətə dair qərarı istehsal müəssisələrinə də tətbiq olunsun”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:77
Bu xəbər 29 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















