Icma.az
close
up
RU
Şadlıq evlərində toy edəcək şəxslərin nəzərinə

Şadlıq evlərində toy edəcək şəxslərin nəzərinə

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Toy və digər mərasimlərin keçirildiyi şadlıq saraylarında qonaqlara təqdim olunan qidaların keyfiyyəti və hazırlanma şəraiti hər zaman ictimaiyyətin marağında olub. Lakin bir çox hallarda şadlıq evlərinin administratorları müştərilərə mətbəxi görmək, şəraitlə tanış olmaq imkanı vermirlər. Onlar bunu yalnız rəhbərliyin icazəsi ilə mümkün olduğunu bildirirlər və əksər hallarda belə bir icazə verilmir. Bu isə istər-istəməz qida təhlükəsizliyi və şəffaflıqla bağlı suallar doğurur. Bəs müştərinin ictimai iaşə obyektinin mətbəxinə daxil olması qanunvericilikdə bu necə tənzimlənir?

Azərbaycan Ekoturizm Assosiasiyasının (AzETA) İdarə Heyətinin sədri Samir Dübəndi Metbuat.az-a bildirib ki, Azərbaycanda ictimai iaşə obyektlərinin - restoran, kafe və digər yeməkxanaların fəaliyyəti müvafiq qanunvericilik aktları və sanitariya normaları ilə tənzimlənir. Müştərinin bu obyektlərin mətbəxinə daxil olması isə ciddi qaydalarla məhdudlaşdırılıb:

“Əsasən, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu, həmçinin gigiyena və sanitariya normaları bu məsələni tənzimləyir. Qeyd olunan sənədlərə əsasən, mətbəx qapalı və işçi heyət üçün nəzərdə tutulmuş zona hesab olunur. Oraya yalnız xüsusi icazə ilə, müəyyən təhlükəsizlik və gigiyenik qaydalara riayət etməklə daxil olmaq mümkündür”.

S.Dübəndi qeyd edib ki, müştərinin mətbəxə daxil olması bəzi hallarda qanunidir:

"Ekskursiya və ya təlim məqsədilə, təbii ki, öncədən razılaşdırılmış və təhlükəsizlik tədbirləri təmin olunmaqla, eləcə də “açıq mətbəx” konsepsiyalı obyektlərdə, yəni mətbəx proseslərinin şəffaf şəkildə göstərildiyi yerlərdə, mətbəxlə tanışlıq mümkündür. Lakin belə hallarda da fiziki giriş əksər hallarda qadağandır. Bundan əlavə, istehlakçı şikayəti əsasında dövlət nəzarəti orqanının, məsələn, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşının iştirakı ilə mətbəxə daxil olmağa icazə verilə bilər. AQTA-nın tələblərinə əsasən, obyektin gigiyenik vəziyyətinə xələl gətirə biləcək istənilən müdaxilə, o cümlədən kənar şəxslərin mətbəxə daxil olması qadağandır. Nəticə etibarilə, müştərinin adi hallarda mətbəxə daxil olması qanunla qadağan olunur və bu, həm müəssisənin məsuliyyətinə, həm də ümumi ictimai sağlamlığa risk yarada bilər. Mətbəxin şəffaf fəaliyyəti ilə maraqlanan müştərilər isə sertifikatlı, açıq formatlı restoranlara üstünlük verə bilərlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 May 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri