Icma.az
close
up
RU
Sağ zolaq boş ola ola solda dirəşən sürücülərin görüntüləri yayıldı NİİM dən VİDEO

Sağ zolaq boş ola ola solda dirəşən sürücülərin görüntüləri yayıldı NİİM dən VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yol hərəkəti haqqında" Qanunun 49-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 (avtomagistral) və ya 5.3 (avtomobil yolu) nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır".

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin zolaqlarda hərəkətlə bağlı sürücülərə müraciətində bildirilir. "Ancaq təəssüflər olsun ki, paytaxt yollarında sağ zolaq boş olduğu halda sol zolaqda hərəkət edən bir çox sürücülərə rast gəlinir. Bununla yanaşı, nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı bəzi sürücülərin faraların uzaq işıqlarını ardıcıl şəkildə yandırıb-söndürərək yol tələb etməsi, nəqliyyat vasitəsini sürətlə sürməsi və düzgün ara məsafəsi saxlamaması halları da tez-tez müşahidə edilir. Belə hallar daha çox paytaxtın üç və daha çox hərəkət zolağı olan - Aeroport şosesi, Heydər Əliyev, Ziya Bünyadov prospektləri, Bakı-Sumqayıt şosesi və digər əsas yollarında olur.

Bununla mənzil başına daha tez çatacaqlarını düşünən belə sürücülər radara yaxınlaşdıqda qəfil sürəti azaltmaqla yanaşı, düzgün ara məsafəsi saxlamadıqlarından qəzalar baş verir. Eyni zamanda sürücülərin bu cür davranışları həmin zolaqda hərəkətdə olan digər sürücüləri təşvişə salır, onlar qəfil manevrlər etmək məcburiyyətində qalırlar. Bu tip sürücülər nədənsə elə düşünürlər ki, sol zolaqda hərəkət edən digər sürücülər onlara mütləq yol vermək məcburiyyətindədir.

Lakin Qanunda qeyd olunub ki, yalnız operativ nəqliyyat vasitələri üstün keçid hüququna malikdir və onlar yaxınlaşdığı zaman zolağın boşaldılması tələb olunur. Hətta bu nəqliyyat vasitələri üstün hərəkət rejimindən istifadə edərkən xüsusi işıq və səs siqnallarını qoşmalıdır. Digər sürücülərin isə belə bir üstünlük hüququ yoxdur", - qeyd olunur.

Əlavə edilir ki, qanunun tələbinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər.

"DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə yollarda hərəkət edərkən sağ zolaqlara üstünlük vermələrini, zəruri hallar üçün sol zolaqları boş saxlamalarını tövsiyə edir", - deyə müraciətdə vurğulanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Mart 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri