Sağalmaz xəstəlikdir Kapello İtaliyanın DÇ 2026 ya gedə bilməməsini tənqid etdi
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərə millisinin keçmiş baş məşqçisi Fabio Kapello İtaliyanın 2026-cı il dünya Çempionatına vəsiqə qazana bilməməsi ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 79 yaşlı mütəxəssisin fikirlərini "Gazzetta dello Sport" qəzeti yayıb.
"Gördük ki, fərqli bir şey etməli, fərqli bir yol axtarmalıyıq. Çünki səhvlər edilib və biz onların bədəlini ödəyirik. Ardıcıl üç dəfə mundiala vəsiqə qazana bilməmək xəstəliyin müalicə olunmaması deməkdir.
Milli komanda A Seriyasının əksidir. İtaliyada futbolçular gəzir və ya qaçırlar, digər ölkələrdə isə qaçırlar və sprint edirlər. Vərdiş sizi qabaqcadan düşünməyə, ötürməni qabaqlamağa sahib olmağa, topu tez və effektiv şəkildə idarə etməyə vadar edir - bütün bunlar İtaliyada beynəlxalq səviyyəyə uyğun olmayan tempdə icra olunur".
İtaliya pley-off mərhəlisinin finalında Bosniya və Herseqovinaya penaltilərlə (əsas və əlavə vaxt 1:1 bitib, penalti seriyasında 1:4 qeydə alınıb) uduzub. Bu uğursuzluqdan sonra baş məşqçi Cennaro Qattuzo və millinin idman direktoru Canluici Buffon milli komandadan ayrıldılar. İtaliya Futbol Federasiyasının rəhbəri Qabriele Qravina da istefa verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 05 Aprel 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















