Icma.az
close
up
RU
Şagird müəllimdən yalnız bilik deyil, həm də davranış qaydaları öyrənir

Şagird müəllimdən yalnız bilik deyil, həm də davranış qaydaları öyrənir

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Məktəbdə geyim qaydaları uzun illərdir təhsil mühitinin vacib elementlərindən biri hesab olunur. Şagirdlər üçün vahid məktəbli forması tətbiq edildiyi halda, müəllimlərin geyimi ilə bağlı standartların müəyyənləşdirilməsi məsələsi də zaman-zaman müzakirə mövzusuna çevrilir. Bəs müəllimlər üçün vahid və ya müəyyən çərçivələri olan geyim qaydalarının tətbiqi niyə vacibdir?
Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, müəllimlərin standart geyimi ilə bağlı məsələ bir sıra ölkələrin təcrübəsində mövcuddur:
"Xarici ölkələrdə bəzi ümumtəhsil və ali təhsil müəssisələrində müəyyən geyim standartları tətbiq olunur. Bu qaydalar əksər hallarda ümumi qanunvericiliklə deyil, həmin təhsil müəssisələrinin rəhbərliyi tərəfindən müəyyən edilir. Artıq uzun müddətdir ki, ümumtəhsil məktəblərində şagirdlər üçün vahid geyim forması tətbiq olunur və bu, olduqca düzgün yanaşmadır. Keçmiş dövrlərdə, xüsusilə Sovet İttifaqının dağılmasından sonrakı illərdə belə bir sistemin olmaması müəyyən problemlər yaradırdı. Bu vəziyyət şagirdlər arasında fərqliliklərin daha qabarıq görünməsinə, xüsusilə aztəminatlı ailələrdən olan uşaqların xoşagəlməz hisslər keçirməsinə səbəb olurdu. Eyni zamanda, şagirdlər tərəfindən təhsil mühitinə uyğun olmayan geyimlərdən istifadə edilirdi ki, bu da məqsədəuyğun deyildi. Vahid geyim formasına keçid ümumtəhsil məktəbləri üçün düzgün addım oldu və hesab edirəm ki, nəticələri də kifayət qədər uğurludur".
Deputat deyib ki, müəllimlərin geyimi ilə bağlı məsələnin tənzimlənməsi isə müvafiq dövlət qurumlarının səlahiyyətinə aiddir:
"Təhsil Nazirliyi və ya digər aidiyyəti qurumlar bu sahədə müəyyən normalar tətbiq edə bilər. Hesab edirəm ki, müəllimlər üçün vahid forma məcburi olmasa da, müəyyən məhdudiyyət və tələbləri özündə ehtiva edən geyim qaydalarının olması məqsədəuyğundur.
Çünki şagird müəllimdən yalnız bilik deyil, həm də davranış qaydaları öyrənir. Uşaqlar ailədə valideynlərindən nümunə götürdükləri kimi, günün əhəmiyyətli hissəsini keçirdikləri məktəbdə də müəllimlərdən təsirlənirlər. Onlar müəllimlərdən biliklərlə yanaşı, etik davranış normalarını, milli mənəvi dəyərləri və digər vacib keyfiyyətləri də mənimsəyirlər. Bu baxımdan müəllimin geyim tərzi də şagirdlərin gələcəkdə həm geyim zövqünün, həm də ümumi dünyagörüşünün formalaşmasına müəyyən təsir göstərir. Bu səbəbdən müəllimlərin də müvafiq normalar çərçivəsində geyinməsi zərərli deyil. Əksinə, bu məsələ müzakirə edilə, mütəxəssislərin rəyləri öyrənilə və daha sonra uyğun qərarlar qəbul oluna bilər.
Ümumilikdə hesab edirəm ki, geyim tərzi təhsil prosesinin vacib komponentlərindən biridir. Necə ki, şagirdlərin geyimi müəyyən tələblərə uyğun olmalıdır, müəllimlərin geyimi də təhsil mühitinə və peşənin nüfuzuna uyğun seçilməlidir. Biz gənc nəslin həm milli mənəvi dəyərlərə sadiq, həm də müasir çağırışlara uyğun formalaşmasını istəyiriksə, bu prosesdə bütün komponentlər mühüm rol oynayır. Elmi biliklərlə yanaşı, davranış, ünsiyyət və xarici görünüş də formalaşdırıcı amillərdəndir. Bu baxımdan geyim tərzi şagirdlərin formalaşmasına təsir edən vacib komponentlərdən biridir və hesab edirəm ki, bu sahədə də müəyyən standartlar olmalıdır", - deyə o qeyd edib.
Beləliklə, məktəblərdə geyim mədəniyyətinin tənzimlənməsi təhsilin keyfiyyətini və şagirdlərin mənəvi inkişafını tamamlayan vacib elementlərdən biridir. Müəllimlər üçün müəyyən ediləcək geyim standartları daxili nizam-intizamı gücləndirməklə yanaşı, məktəb mühitinin peşəkar statusunu qorumağa xidmət edəcək.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 İyun 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri