Şagirdə çubuqla 3 zərbə endirmək qanuni SAYILDI
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Sinqapurun orta məktəblərində intizamı pozan oğlan şagirdlər üçün sərt fiziki cəzaları nəzərdə tutan yeni qaydalar qüvvəyə minib.
Milli.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, fiziki zorakılıq da daxil olmaqla, ciddi nizam-intizam qaydalarını pozan məktəblilərə çubuqla üç zərbə vurula bilər.
Ölkənin təhsil naziri bildirib ki, bu cəza növü yalnız zorakılığın dərəcəsi nəzərə alınmaqla və digər bütün tərbiyəvi tədbirlər nəticəsiz qaldıqda tətbiq ediləcək. Yeni qaydaların qəbul edilməsinə səbəb son vaxtlar məktəblərdə baş verən bir neçə ciddi zorakılıq hadisəsi olub.
Xəbərdə vurğulanır ki, sözügedən cəza növü qızlara şamil edilmir və yalnız doqquz yaşından yuxarı oğlan şagirdlərə tətbiq oluna bilər./oxu.az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 07 May 2026 09:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















