Şagirdə klinikada karset qoyuldu: 233 nömrəli məktəbdə nə baş verir? KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Bakının Qaradağ rayonunda yerləşən 233 saylı orta məktəbdə şagirdin xəsarət alması ilə nəticələnən hadisə baş verib.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, bu gün 9 “B” sinfində keçirilməli olan fizika dərsində müəllim Sevinc Mikayılova işdə olmayıb və dərs əvəz edilməyib.
Şagirdlər məktəbin həyətinə buraxılıb və bu zaman Ələkbərova Nüşabə Elmar qızı yıxılaraq ayağının diz nahiyəsindən xəsarət alıb.
Məlumata görə, məktəb rəhbərliyi hadisədən saat 08:25 radələrində xəbərdar olub. Daha sonra şagirdin valideyni Ələkbərova Tətavətə məlumat verilib və onun məktəbə gəlməsi istənilib. Valideyn övladını şəxsi avtomobili ilə qəsəbədə yerləşən Assmed klinikasına aparıb. Orada rentgen müayinəsi aparıldığı, şagirdin ayağına karset qoyulduqdan sonra evə buraxıldığı bildirilir.
Hazırda şagirdin ev şəraitində müalicə olunduğu qeyd edilir.
Xatırladaq ki, bir neçə gün əvvəl də həmin məktəbdə bıçaqlanma hadisəsi baş vermişdi. Bundan təxminən bir ay əvvəl isə məktəbdə şagirdin özünü pəncərədən atdığı barədə məlumat yayılmışdı.
Məsələ ilə bağlı aidiyyəti qurumların münasibətini təqdim etməyə hazırıq.
Natiq Səlim
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 15 May 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















