Şagirdi stulla vuran müəllim cəzalandırıldı Direktorla bağlı QƏRAR
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial mediada Sumqayıt şəhəri 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurduğu görüntülər yayılıb.
Modern.az məsələ ilə əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
"Bildiririk ki, "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb. Eyni zamanda məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsdən həvalə geri götürülüb.
İdarə tərəfindən təhsil müəssisəsində sağlam psixoloji mühitin təmin ediıməsi məqsədilə valideynlər və müəllimlə maarifləndirici söhbət aparılıb.
Qeyd edirik ki, ümumi təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, şagirdlərin təhlükəsizliyi və daxili nizam-intizam qaydalarına əməl edilməsinə nəzarət əsas amil kimi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - açıqlamada bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 17 Dekabr 2024 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















