Icma.az
close
up
RU
Şagirdi tədris prosesindən 10 15 gün uzaq saxlamaq doğru deyil EKSPERT

Şagirdi tədris prosesindən 10 15 gün uzaq saxlamaq doğru deyil EKSPERT

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ağdam rayon Birinci Yüzbaşılı kənd tam orta məktəbin 10-cu sinif şagirdi təhsil müəssisəsində nizam-intizam qaydalarına əməl etməyib, müəllimlərə qarşı uyğunsuz davranış nümayiş etdirib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

"Təhsil müəssisəsində sağlam emosional mühitin gücləndirilməsi məqsədilə rayon təhsil sektoru tərəfindən şagird, valideyn və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb. Sözügedən məktəblinin tədris prosesindən uzaqlaşdırılması ilə bağlı yayılan görüntülər bir neçə gün bundan əvvəl lentə alınıb. Şagird hazırda dərslərdə iştirak edir", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, mediada sözügedən məktəb şagirdinin direktor tərəfindən bir həftə ərzində dərsə buraxılmadığını əks etdirən görüntülər yayılıb.


Mövzu ilə bağlı Sherg.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəb rəhbərliyinin şagirdi dərsə buraxmamaq kimi bir ixtiyarı yoxdur:


“Yalnız həqiqətən də şagirdin dərsi pozduğu və təhsil müəssisəsinə ziyan verdiyi halda buraxmaya bilər. bu zaman da həmin şagirdin islahıyla bağlı təhsil müəssisələri var. Amma şagirdi hansısa məsələyə görə 10-15 gün tədris prosesindən kənarda saxlamaq doğru yanaşma deyil. Bu qərar yalnız Ümumi Pedaqoji Şuranın iclasında qəbul oluna bilər. Yəni şagirdə intizam xarakterli hər hansısa cəza verilməlidirsə, o zaman valideyn dəvət olunmalı və profilaktik söhbət aparılmalıdır. Yalnız ondan sonra şagirdin dərsə buraxılıb buraxılmayacağına dair qərar qəbul olunmalıdır. Bir, iki gün dərsə buraxılmamaq  cəza üsuludur. Lakin şagirdi tədris prosesindən 10-15 gün uzaq saxlamaq doğru deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 May 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri