Şagirdlər üçün vacib tarix AÇIQLANDI
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
2026–2027-ci tədris ili üzrə X sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə avqustun 27-dən başlanılacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, elektron yerdəyişmə prosesi avqustun 27-si saat 15:00-dan etibarən başlayacaq. Şagirdlərin yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək. Dominos pizza
Qeyd edək ki, avqustun 20-si saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə II–IX və XI sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi də davam edir.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə ilə bağlı Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 Avqust 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















