Icma.az
close
up
RU
Şagirdlərə fövqəladə hallarda düzgün davranış qaydaları öyrədilir

Şagirdlərə fövqəladə hallarda düzgün davranış qaydaları öyrədilir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Azad edilmiş ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində “Təhlükəsiz məktəb” layihəsi çərçivəsində maarifləndirici təlimlər təşkil olunub

Bakı, 25 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu, Elm və Təhsil Nazirliyi, həmçinin “Azərbaycan Sənaye Təhlükəsizliyi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən bir sıra ümumtəhsil müəssisələrində “Təhlükəsiz məktəb” sosial layihəsi çərçivəsində maarifləndirici təlimlər təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, maarifləndirmə tədbirləri Ağdərə rayonu Talış kənd, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli, Xocalı şəhər 1 nömrəli, Şuşa şəhər 1 nömrəli və Laçın şəhər 2 nömrəli tam orta məktəblərində keçirilib.

Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallar zamanı düzgün davranış qaydaları, təhlükəsizlik vərdişləri və təxliyə barədə biliklərinin artırılması, onların risklərə qarşı hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

Tədbirlərdən əvvəl Vətən yolunda canından keçmiş şəhidlərin məzarları ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib.

Tədbirlərin nəzəri hissəsində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri tərəfindən fövqəladə hallar zamanı zəruri davranış qaydaları barədə, o cümlədən əmək təhlükəsizliyinin əhəmiyyəti, mina təhlükəsindən qorunmağın yolları, qaz, elektrik və yanğın təhlükəsizliyi, liftdən istifadə qaydaları, ilk yardım barəsində ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Təlimlərin praktiki hissəsində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar nazirliyin qüvvələrinin operativ olaraq əraziyə cəlb edilməsi, məktəblilərin təxliyəsi və “fəsadların” aradan qaldırılması əməliyyatları icra olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri