Icma.az
close
up
RU
Şagirdlərimizdən ABŞdə böyük uğur Fotolar

Şagirdlərimizdən ABŞdə böyük uğur Fotolar

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Global Olympiad Center”in təşkilatçılığı ilə azərbaycanlı şagirdlər ABŞ-ın Hyuston şəhərində keçirilən Fizika-Astronomiya və Təbiət Elmləri üzrə Beynəlxalq Kopernik Olimpiadasında böyük uğur əldə ediblər.
Yeniavaz.com
xəbər verir ki, olimpiadanın final mərhələsi yanvarın 5-10-da Rice Universitetində təşkil olunub və dünyanın müxtəlif ölkələrindən təxminən 300 şagird iştirak edib.
Azərbaycanlı şagirdlər bu yarışda yüksək nəticələr göstəriblər. Ümumilikdə, final mərhələsində Azərbaycanı 18 şagird təmsil edib. Onlardan 4-ü Fizika və Astronomiya, 14-ü isə Təbiət elmləri üzrə mübarizə aparıb. Şagirdlərimiz dünyanın müxtəlif ölkələrindən gələn iştirakçılarla rəqabət apararaq bilik və bacarıqlarını nümayiş etdiriblər.
Olimpiada çərçivəsində şagirdlərimiz Rays Universiteti ilə tanış olublar. Onlar Hyustonda yerləşən “Natural Sciences” muzeyi nə baş çəkiblər və NASA-da təşkil olunan xüsusi vorkşopda iştirak ediblər. Şagirdlərimiz burada kiçik raketlər hazırlayıb və ulduzları müşahidə ediblər. NASA-da olan şagirdlərimiz beynəlxalq səviyyəli tanınmış alimlərlə tanış olub və elmi müzakirələr aparıblar.
Azərbaycanlı şagirdlərin göstərdiyi nəticələri təqdim edirik:
Qızıl medallar:
Ziya Novruzsoy (Yaş kateqoriyası üzrə dünya çempionu);
Aylin Aşurlu (Yaş kateqoriyası üzrə dünya çempionu);
Mətanət Mustafayeva (Dünya üzrə ikinci yer);
Esma Nadirzadə (Dünya üzrə üçüncü yer).
Gümüş medallar:
Atilla Musayev;
Fatimə Əzimova;
Yusif Yusifli;
Camila Fərəcova.
Bürünc medallar:
Farrux Rəhimli;
Məhəmmədhəsən Əzimov;
Zəhra Əzimova;
Mikayil Əhmadbayli;
Üzeyir İsrafilzadə;
Rüstam Yaradanquliyev.
Fəxri fərman:
Farrux Məhərrəmli;
Xurşudbanu Abbaslı;
Xədicə Qəhrəmanova.
İştirak sertifikatı:
İsa İsmayilzadə.
Qeyd edək ki, azərbaycanlı şagirdlərdən dörd nəfər dünya sıralamasında ən yüksək yerləri qazanıb. Ziya Novruzsoy və Aylin Aşurlu dünya çempionu, Mətanət Mustafayeva dünya üzrə ikinci, Əsma Nadirzadə isə dünya üzrə üçüncü yerə layiq görülüblər. Şagirdlərimiz Bakıya yanvarın 13-də dönəcəklər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 10 Yanvar 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri