Icma.az
close
up
RU
Şagirdlərin ağır çanta probleminə SON QOYULACAQ MÜHÜM YENİLİK

Şagirdlərin ağır çanta probleminə SON QOYULACAQ MÜHÜM YENİLİK

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi Bakı məktəblərində ilk dəfə “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayıb. Hələlik sınaq müddətində olan layihə müəllim, şagird, valideyn və direktorları əhatə edir. Bu layihə hazırda yalnız Bakı şəhərində, 324 məktəbi əhatə edir və hələlik 500 mindən çox şagird bu platformanın çərçivəsinə daxildir.
Onu da qeyd edək ki, 2026-cı ilin yanvarından ölkədəki bütün məktəblərdə “elektron jurnal” tətbiq ediləcək.
Bəs, bu layihələr şagirdlərin və valideynlərin qayğılarını nə qədər azaldacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil üzrə ekspert Nadir İsrafilov deyib ki, məktəblərdə ənənəvi jurnalların elektron jurnallar və gündəliklərlə, o cümlədən də kağız dərsliklərin elektron dərsliklərlə əvəz olunması uzun müddətdən bəri müzakirə olunan məsələlərdən biridir:
“Ədalət naminə deyək ki, bu istiqamətdə müəyyən işlər görülüb və bu kimi yeniliklər heç şübhəsiz ki, təhsil sisteminin elektronlaşmasına xidmət edəcək. Elektronlaşma isə öz növbəsində informasiyanın əlçatanlığı baxımından yeni imkanlar açacaq və təhsil sisteminin yenilənməsinə və təkmilləşməsinə müsbət təsir göstərəcək. Elektron jurnallar övladlarının dərsə davamiyyəti və biliyinin qiymətləndirilməsilə bağlı valideynləri məlumatlandırmaq funksiyasını yerinə yetirirməklə yanaşı, həm də valideynə məktəbə gedən övladını nəzarətdə saxlamağa imkanı yaradacaq. Elektron jurnala valideynin əlaqə nömrəsi daxil edilir və o sms vasitəsilə avtomatik olaraq övladının gündəlik hansı qiyməti aldığını bilir”.
Müsahibimiz hesab edir ki, elektron jurnal məsələsi  müəllimlərin iş yükünü artıracaq:
“Müəllim həm ənənəvi kağız daşıyıcısı olan jurnalı, ardınca da elektron jurnalı yazmalı olur. Məsələnin qeyri-məqbul cəhəti ondadır ki, bu hal valideynin bir növ məktəblə canlı ünsiyətini məhdudlaşdırır ki, burdada virtuallıq məktəb-valideyn münasibətində soyuqluq yaranmasına zəmin yaradır.
Elektron dərsliklərin yaradılmasına gəlincə
Bu, ekologiyanın qorunması, kütləvi ağac kəsiminin məhdudlaşdırılması, şagirdlərin ağır çanta yükünün aradan qaldırılması baxımından müsbət haldır. Məlumat üçün bildirim ki, hələ 2012-ci ildən başlayaraq qardaş Türkiyənin ümumtəhsil məktəblərində çox böyük strateji əhəmiyyət daşıyan “FATİH Projesi” adlı proqram həyata keçirilir. Proqrama uyğun olaraq, ölkənin bütün şagirdlərinə dövlət hesabına fərdi tablet, planşetlər verilir. Bu planşetlər təlim prosesində istifadə olunur, müxtəlif tədris vəsaitləri və məlumat qaynaqları ora yüklənir. Bununla da şagirdlərin canı kağız dərsliklərdən, dövlətin canı isə hər il sərf olunan əlavə maliyyə vəsaitlərindən qurtulmuş olur”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://bizim.media
archiveBu xəbər 26 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri