Icma.az
close
up
RU
Şagirdlərin iqlim savadlılığı müzakirə ediləcək

Şagirdlərin iqlim savadlılığı müzakirə ediləcək

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzularda müzakirələr aparılacaq. 

“Qafqazinfo” xəbər verir ki, noyabrın 18-də COP29 sədrliyi, Elm və Təhsil Nazirliyi, UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) tərəfdaşlığı ilə müxtəlif ölkələrin təhsil nazirlərinin də iştirak edəcəyi “Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı”, “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzularında panellər təşkil olunacaq. COP29 çərçivəsində həmçinin BMT-nin 2022-ci ildə başlatdığı və 90-dan çox ölkənin qoşulduğu "Greening Education Partnership" təşəbbüsünün ikinci dəfə illik iclasının keçirilməsi nəzərdə tutulur. 

“Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda keçiriləcək paneldə Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) vasitəsilə məktəblilərin iqlim savadlılığının ölçülməsinə dair Elm və Təhsil Nazirliyinin irəli sürdüyü təşəbbüs müzakirə ediləcək. Belə ki, Elm və Təhsil Nazirliyi İƏİT ilə birgə 2029-cu ildə həyata keçiriləcək növbəti PISA üçün iqlim savadlılığına dair səriştəəsaslı ölçmə və qiymətləndirmə çərçivəsinin hazırlanması təşəbbüsünü irəli sürüb.

“Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusunda keçiriləcək paneldə isə Elm və Təhsil Nazirliyi UNESCO ilə birgə təhsilin yaşıllaşdırılması, hər bir şagirdin iqlim dayanıqlılığına hazır vəziyyətə gətirilməsinə dair müzakirə platforması təşkil edəcək. Bu müzakirə özündə məktəblər, kurikulum, şagirdlərin bilik və bacarıqlarının ölçülməsi, müəllim hazırlığı kimi vacib komponentləri əks etdirəcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının məhz Azərbaycanda keçirilən sessiyasının (COP29) gündəliyində təhsilə xüsusi yer ayrılıb. Belə ki, müzakirə mövzularından biri olan PISA qiymətləndirmələrinə iqlim savadlılığı üzrə göstəricilərin daxil edilməsinə dair Azərbaycanın təşəbbüsü müxtəlif ölkələrin təhsil sistemlərində iqlim məlumatlılığının artırılmasına xidmət göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see135

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see124

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see120

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see119

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see118

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see116

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see116

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see116

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see116

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see115

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see114

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see113

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see113

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see113

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri