Icma.az
close
up
RU
Şagirdlərin məktəbə hicabla gəlməsi təhsillə ziddiyyət yaradır Açıqlama

Şagirdlərin məktəbə hicabla gəlməsi təhsillə ziddiyyət yaradır Açıqlama

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda məktəblərdə geyim qaydaları yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Belə ki, şagirdlərin vahid məktəbli formasına riayət etməsi ilə dini geyim seçimi arasında yaranan fikir ayrılığı cəmiyyətdə müxtəlif mövqelərin toqquşmasına səbəb olub. Bəziləri təhsil müəssisələrində ümumi qaydaların, nizam-intizamın qorunmasını vacib sayırsa, digər qrup valideyn və şagirdlərin inanc azadlığı, fərdi seçim hüququnun nəzərə alınmasının önəmini vurğulayır. Hüquqi və sosial çalarlar daşıyan bu məsələ hazırda cəmiyyət üçün aktual mövzulardan biri kimi qalmaqdadır.

Qanunvericilikdə yetkinlik yaşına çatmayan uşaqların dini ibadətlərə və dini geyimlərə məcbur edilməsi necə tənzimlənir? Uşaqların dini geyimləri məcburi şəkildə daşımaması və bu geyimlərlə məktəbə getməməsi üçün hansı tədbirlər görülə bilər?

Globalinfo.az-a danışan Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib ki, Azərbaycanda dini etiqad azadlığı təmin olunur:

“Hər kəs öz dini baxışlarını sərbəst ifadə etmək hüququna malikdir. Bu baxımdan Azərbaycan dünyada nümunə göstərilə biləcək ölkələrdən biridir. Vətəndaşların dini ayinləri yerinə yetirməsində hər hansı problem yoxdur. Qanunvericiliyə əsasən, heç kim dini ayinlərin icrasına məcbur edilə bilməz. İnsanları dini mərasim və ya ibadətə məcbur etmək qanunla qadağandır. Digər tərəfdən nəzərə alınmalıdır ki, məktəb təlim-tədris müəssisəsidir və burada müəyyən edilmiş qaydalar qüvvədədir. Hər kəs dini etiqadında və ibadətində azaddır, lakin bu azadlıq qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməlidir”.

Ceyhun Məmmədov

Deputat qeyd edib ki, ölkəmizdə məktəblərdə vahid forma tətbiq olunur:

“Bu qaydaya istisnasız olaraq hamı əməl etməlidir. Vahid məktəbli forması birmənalı olaraq şərtdir və hər kəs geyməlidir. Bu, ümumi qaydadır”.

Dinşünas Tural İrfan bildirib ki, yetkinlik yaşına çatmayan uşaqların dini inanclara və ya dini geyim kimi təqdim olunan geyimlərə məcbur edilməsi həm dini, həm də hüquqi baxımdan yolverilməzdir:

“İslamın mahiyyətinə görə geyim “dini” və ya “dinsiz” kimi təsnif edilmir. Din yalnız əxlaq normalarına uyğun geyinməyi tövsiyə edir və xüsusi dini geyim forması müəyyən etmir. Sonradan formalaşmış bəzi ənənələr isə dini mahiyyətdən çox xurafat və mövhumat təsiri ilə meydana çıxıb. Uşaqların belə geyimlərə məcbur edilməsi bəzən təhsil sisteminin tələbləri ilə ziddiyyət yaradır. Halbuki dini yanaşmada elm və təhsil daha üstün dəyər kimi qiymətləndirilir, o cümlədən dində məcburiyyət prinsipi yoxdur. Bunun əksini iddia edən yanaşmalar ya dini düzgün anlamamaqdan, ya da başqa məqsədlərdən qaynaqlanır”.

Tural İrfan

Dinşünas əlavə edib ki, mövcud problemlər əsasən yanlış dini təbliğat və zəif maarifləndirmənin nəticəsidir:

“Xaricdə müxtəlif təsirlər altında formalaşmış şəxslərin ölkədə apardığı təhrif olunmuş dini təbliğat, eləcə də dini təhsili olmayan şəxslərin sosial şəbəkələr vasitəsilə yaydığı radikal fikirlər cəmiyyətə mənfi təsir göstərir. Bu istiqamətdə nəzarət gücləndirilməli, qanunvericilik çərçivəsində tədbirlər görülməlidir. Din xadimlərinin mövqeyi də xüsusi əhəmiyyət daşıyır. Onlarla maarifləndirici iş aparılmalı, vahid yanaşma müəyyənləşdirilməlidir. Çünki inanclı təbəqəyə təsir imkanları genişdir. Eyni zamanda, uşaqların geyim məsələsinə görə təhsildən yayındırılmasına yol verilməməli, belə hallarda aidiyyəti qurumlar profilaktik tədbirlər görməlidir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2026 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri