Şagirdlərin mübahisəsinə valideynlər qarışdı Bıçaqlanan var
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Cəlilabad rayonunda məktəblilər arasında mübahisə qanlı hadisə ilə yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.
İlkin məlumata görə, iki şagird arasındakı mübahisəni aydınlaşdırmaq üçün valideynləri görüşüblər. Bu zaman onlar arasında yaranan mübahisə dava ilə nəticələnib. Valideynlərdən Nicat Cəbiyev İlqar Quliyevə çoxsaylı bıçaq xəsarətləri yetirib.
Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 09 May 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















