Şagirdlərinə naməlum oyun və telefon nömrəsini kim paylayır?
Azpost saytına istinadən Icma.az xəbər verir.
Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib.
AzPost bildirir ki, bu iddia ilə Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında paylaşım edib.
“Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu quql üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır:
“Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalarla vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Fevral 2025 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















