Sağlamlığımız üçün quru meyvələr yeyək... FOTO
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeməyimizə quru meyvələrin əlavə olunması sağlamlığımıza çox müsbət təsiri vardır. Bu da onların tərkibində insan orqanizmi üçün vacib olan komponentlərlə bağlıdır. Elə götürək qurudulmuş əriyi. Əsl şəfa mənbəyidir. Tərkibi A,E,B qrupu vitaminlərlə, eləcə kaliumla zəngindir. Belə ki, onun tərkibini təşkil edən bu komponentlər görmə qabiliyyətini artırır, şəkər xəstəliyinin inkişafını ləngidir, həzm prosesi qaydaya salır, stresin, qan azlığın qarşısını alır, immunetit sistemini gücləndirir. Həmçinin quru əriyin A vitamini dəridə yarana bilən akne probleminə qarşı faydalıdır.
Gavalı qurusunu yemək insanı böyrək, qaraciyər və revmatizm xəstəliyindən qoruyur. Eyni zamanda sümükləri möhkəmləndirir. Çünki onu tərkibi kalium, maqnezium maddələrdən ibarətdir.
Faydalı meyvələrdən biri də respublikamızın hər bölgəsində ən çox inkişaf edən əncirdir. Bu meyvə qurusunun tərkibi minerallar toplusudur. Əgər könlünə fosfor, kalium, dəmir, kalsium, maqnezium maddələri, A və B vitaminlər qrupu düşsə, əncir qurusunda axtar. Dediyimiz komponentlər də enerjinin bərpasına, əzələnin, sinir sisteminin inkişafına olduqca gözəl təsir göstərir.
Ağır zehni yorğunluqdan əziyyət çəkənlər üçün üzün yeməyin faydası böyükdür. Həmçinin onun tərkibi 20-25 faiz qlükozadan ibarət olduğuna görə qanda qısa müddətə mənimsənilir. Üzümün dəmiri də çoxdur. Hər iki komponentin birləşməsi səbəbindən orqanizmdə qan əmələ gəlir, bu da anemiyanın müalicəsinə kömək edir.
Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 Fevral 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















