Şahbaz Şərif Mark Karnini Pakistana dəvət edib
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kanadanın Baş naziri Mark Karni bu gün axşam pakistanlı həmkarı Şahbaz Şərifə zəng edib.
Moderator.az xəbər verir ki, bu barədə Şərif "X" sosial şəbəkə hesabında bildirib.
"Mən ABŞ və İran arasında atəşkəsə və danışıqlara kömək göstərilməsində Pakistanın səylərinə Kanadanın verdiyi dəstəyə görə ona (Karniyə - red.) təşəkkür etdim", - o qeyd edib.
Şərif Pakistanın regionda sülh və sabitliyin təşviqinə sadiqliyini yenidən təsdiqləyib. Tərəflər həmçinin ticarət və kənd təsərrüfatı, yaşıl enerji, dağ-mədən sənayesi və mineral ehtiyatlara investisiyalar sahəsində Pakistan-Kanada əməkdaşlığını möhkəmləndirmək barədə razılığa gəliblər.
"Mən həmçinin baş nazir Karnini hər iki tərəf üçün münasib vaxtda Pakistana rəsmi səfərə dəvət etdim", - Şərif yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 13 Aprel 2026 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















