Şahbuzda Okean kafenin fəaliyyəti məhdudlaşdırılıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan, 8 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şahbuz şəhəri H. Əliyev prospektində fəaliyyət göstərən “Okean” kafedə plandankənar yoxlama aparılıb.
Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yoxlama zamanı gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə riayət edilmədiyi, çiy dönərin qəbulu və termiki emalı zamanı sanitariya qaydalarına əməl olunmadığı, işçilərin tibbi müayinələrdən və obyektin isə qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi aşkarlanıb.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.
“Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün ictimai iaşə obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək”, - deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 08 Avqust 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















