Şahbuzun Biçənək kəndinə 43 santimetr qar yağıb FOTOLAR
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan Muxtar Respublikasının müxtəlif rayon və kəndlərində qar yağır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Kəngərli, Şərur, Culfa, Sədərək, Şahbuz, Ordubad, Biçənək, Parağaçay, Axura və Kükü ərazilərində yağıntı əsasən zəif intensivlikdə olub.
Sədərək rayonu ərazisində qar örtüyünün hündürlüyü 6, Axura kəndində 9, Şahbuz rayonunda isə 5 santimetr təşkil edir. Kükü ərazisində qar örtüyünün hündürlüyü 37, Biçənəkdə 43, Parağaçay Qar Uçqunu Stansiyasında isə 16 santimetr ölçülüb. Parağaçay Qar Uçqunu Stansiyası ərazisində dağlıq sahələrdə dumanlı hava şəraiti müşahidə olunmur.
Bəzi ərazilərdə qar yağması fasilələrlə davam edir, Kükü kəndində isə hazırda yağıntı dayanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:111
Bu xəbər 02 Yanvar 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















