“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” “Səbail”in başı dərddə
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
1-ci liqada çempion ola bilməyən “Səbail”də sular durulmaq bilmir. Ciddi maliyyə çətinlikləriylə üzləşən klubun özünə yeni sponsor, axtardığı iddia olunur. Sadəcə, ümumi vəziyyət daha qəlizdi. Ona görə ki, klubun həm də böyük məbləğdə borcu olduğu deyilir. Hətta “dənizçilər”in satışa çıxarıldığı, bundan sonra bölgə təmsilçisi olacağı haqda xəbərlər də yayılıb.
Bu sırada diqqətiçəkən məqamlardan biri də “Şahdağ Qusar”a sponsorluq edən şirkətin bundan sonra “Səbail”in də sponsoru olacağı haqdadı. Söhbət “ISFA Green Life” şirkətindən gedir.
Bəs, bu bilgilər nə dərəcədə səhihdi? İnformasiyaların gerçək olub-olmadığını dəqiqləşdirmək məqsədilə Qusar təmsilçisinin vitse-prezidenti İsrafil Xeyirbəyovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Məlum olduğu kimi, biz əvvəlcə, sadəcə, “Şahdağ Qusar”a sponsorluq edirdik. Ancaq sonradan İdarə Heyətində də yer aldıq. Hazırda yeni mövsüm üçün plan cızmaqla məşğuluq. Baş məşqçimiz məlumdu, transferlər edilir. Hədəf premyer-liqaya vəsiqə qazanmaqdı. Bütün fikrimiz “Şahdağ Qusar”dadı. Qusarlıyıq, şirkətimiz də Qusardadı. “Şahdağ Qusar” isə 1950-ci ildə yaranan köklü klubdu. “Səbail”lə hansısa danışığımız olmayıb. Yayılan xəbərlər həqiqəti əks etdirmir. “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik”.
Xatırladaq ki, “Səbail” 2025/26 mövsümünü 3-cü yerdə başa vurub.
KƏNAN BAHADIR
Baxış sayı:155
Bu xəbər 17 İyun 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















