“Şahdağ Qusar”ın futbolçusu: “Birinci liqada asan rəqib yoxdur”
Icma.az, sport24.az portalına istinadən məlumat verir.
"Zaqatala" ilə oyuna bütün qarşılaşmalara olduğu kimi çox ciddi hazırlaşmışdıq. Meydanda sona qədər mübarizə apardıq, ələ düşən qol imkanlarını dəyərləndirərək böyükhesablı qələbə qazandıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Şahdağ Qusar"ın futbolçusu Xəyal Tomarov deyib.
26 yaşlı futbolçu komandasının Birinci liqanın 4-cü turunda "Zaqatala"ya qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb:
"Hədəfimiz çempionluqdur. Çempionat hələ yeni başlayıb və qarşımızda uzun bir yol var. İnşallah, var gücümüzlə çalışaraq mövsümün sonunda istəyimizə çatmaq istəyirik. Baş məşqçimizin verdiyi bütün tapşırıqlara əməl etməyə çalışırıq. Rəhbərliyimiz də sağ olsun, bizə böyük dəstək göstərir və inanır. Birinci liqa heç də asan çempionat deyil. Burada hər oyun gərgin mübarizə şəraitində keçir və asan rəqib yoxdur. Biz də komanda şəklində bütün qarşılaşmalara maksimum dərəcədə hazırlaşaraq yaxşı nəticələr qazanmaq istəyirik. Bizə inanan və güvənən insanları qələbələrimizlə sevindirməyə çalışırıq. Azarkeşlərimizə də təşəkkür edirik. Sağ olsunlar ki, hər oyunda bizi dəstəkləyir və heç vaxt tək qoymurlar".
Qeyd edək ki, "Şahdağ Qusar" - "Zaqatala" matçı meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 09 Oktyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















